Demokratiyanın təkanverici amili-Söz azadlığı
08.10.2022 [11:30]
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Yeganə BAYRAMOVA
Hər bir dövlətin və xalqın inkişafında, cəmiyyətlərin formalaşmasında söz və fikir azadlığı müstəsna rol oynayır. Çünki fikir və söz azadlığı sivil cəmiyyətin əsas atributlarından biridir. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Bu, danılmaz bir faktdır. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi.
Sirr deyil ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin azad fəaliyyətini təmin edən qanunvericilik bazası Avropa standartlarına cavab verməklə yanaşı, bir sıra ölkələr üçün model qanun hesab olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda KİV-in fəaliyyətini təmin edən qanunvericilik aktları Avropa Şurasının ekspertləri tərəfindən müsbət qiymətləndirilib. Mütəxəssislər hesab edirlər ki, demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır.
Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, çağdaş dünyada azad medianın, insan hüquq və azadlıqlarının təmin edilməsi cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri -qəzetlər, jurnallar, teleradio yayımları, informasiya agentlikləri cəmiyyətin inkişafına ciddi təsir göstərməlidir: “Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada, haqlı olaraq, “dördüncü hakimiyyət” kimi dəyərləndirilən kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm ruporu rolunu oynayır.
Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra senzura ləğv edildi, azad söz, müstəqil fikir bərqərar oldu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində “Məlumat azadlığı” bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı var. Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir. Hazırda Azərbaycan mediası beynəlxalq kütləvi kommunikasiya sisteminin bir parçası kimi uğurla inkişaf edir. Söz və mətbuat azadlığı cəmiyyətdə demokratiyanın meyarı və ölçüsü rolunu oynayır. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesində kütləvi informasiya vasitələrinin xüsusi yeri və rolu var. Mətbuatımız müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində mühüm rol oynamalıdır. KİV-lər demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Dünyada informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə KİV-lərimiz daha peşəkar, obyektiv və prinsipial, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirir, Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutur. Ölkə jurnalistləri bundan sonra da obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl etməlidirlər. Hər bir mətbuat işçisi istənilən vəziyyətdə məsuliyyət hissini unutmamalıdır. İnformasiya təqdim olunarkən dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsipləri jurnalistin əsas vəzifələrinə daxildir. Müasir dövrdə demokratik dövlətlərin söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşdırdığı qanunvericilik bazası təkcə jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata, televiziyaya, radioya axınına şərait yaradıb. Xüsusi jurnalistika təhsili almayan bir çox mətbuat işçiləri tanıyırıq ki, onların mətbua?da məhsuldar və peşəkar yaradıcılığı heç bir mübahisə doğurmur. Lakin bununla belə, hər bir peşənin, ixtisasın xüsusi nəzəri modelləri, nəzəri aspektləri var ki, onlara mükəmməl bələd olmadan həmin sahədə uğur qazanmaq çətindir. Ölkəmizdə yüzlərlə mətbuat orqanı qeydiyyatdan keçərək fəaliyyət göstərir. Azərbaycanda fikir, söz və məlumat azadlığı dövlətimizin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir”.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

