Azərbaycan icması xarici ölkələrin rəhbərliyinə müraciətlər ünvanlayır
27.10.2022 [12:01]
Azərbaycan diasporunun aktiv fəaliyyəti
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Günel ABBAS
Son günlər xarici ölkələrdəki Azərbaycan icması İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı yaşadıqları ölkələrin hökumətinə və parlamentinə müraciətlər ünvanlayırlar. Ümumiyyətlə, Azərbaycanın haqq səsinin və erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması olduqca mühüm məsələlərdən biridir. Bu gün də məsələ aktivliyini qoruyub saxlayır. İstər müharibə, istərsə də postmüharibə dövründə Azərbaycan diasporu xaricdə ölkəmiz adına önəmli inkişafa nail oldu. Hazırda beynəlxalq münasibətlərdə hər bir xalqın diasporu həm mənsub olduğu dövlətin mədəni-siyasi prosesləri haqqında dünyaya məlumat verir, həm də təşkilatlanaraq tarixi həqiqətləri dünyaya çatdırır. Sevindirici haldır ki, Azərbaycan diasporunun düzgün təşkilatlanması nəticəsində 44 günlük Vətən müharibəsində həqiqətlər dünyaya çatdırıldı. Bununla bərabər, haqq səsimizi müvafiq qurumların qarşısında aksiyalar keçirməklə də yaydılar.
Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi istiqamətində işlər bu gün də uğurla davam etdirilir: “Artıq Azərbaycan diasporu daha geniş və əhatəli fəaliyyət göstərir. Formalaşmış və tam təşkilatlanmış diasporumuz indi praktiki işlər görmək mərhələsindədir. Bu mərhələnin də özünəməxsus çətinlikləri və mürəkkəblikləri var. Demək olar ki, diaspor təşkilatlarımıza yetkin insanlar rəhbərlik edir, bu qurumlarda getdikcə siyasi və ideoloji cəhətdən daha hazırlıqlı insanlar cəmləşirlər. Onlar yaşadıqları ölkələrdəki siyasi proseslərə, eləcə də dünya siyasəti müstəvisində baş verənlərə Azərbaycanın maraqları baxımından reaksiya verə bilirlər. Azərbaycan diaspor təşkilatları artıq müasir iş üsulları ilə çalışmağa başlayıblar. Bu da Azərbaycanın haqq səsinin daha geniş və əhatəli duyulmasına şərait yaradır. Artıq Azərbaycanın qarşılaşdığı problemlər dünya ictimaiyyətınə daha tez çatdırılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporumuzun əvəzsiz rolu var. Bunların nəticəsində Azərbaycanı getdikcə dünyada daha çox tanıyırlar”.
Deputatın sözlərinə görə, soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak etməyə çalışırlar: “Xarici ölkələrdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması işinə yardım göstərilməsi, eləcə də onların hüquqi sahədə qarşılaşdıqları problemin həlli, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması dövlətimizin əsas fəaliyyət sahələrindən biridir. Xaricdəki soydaşlarımızın hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi məqsədilə dünyanın müxtəlif ölkələrində hüquqi maarifləndirmə işlərinin aparılması davam etdirilir. Soydaşlarımızın daha çox yaşadığı ölkələrin miqrasiya məsələləri və əcnəbilərlə bağlı, habelə vətəndaşlıq statusu haqqında qanunvericilik aktları barədə soydaşlarımızın məlumatlandırılması istiqamətində də lazımi işlər görülür. Dünyanın müxtəlif ölkələrinin parlament və hökumət nümayəndələri, ictimai xadimləri, ziyalıları, mətbuat nümayəndələri, siyasi partiyaları ilə Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin qurulması, diaspor və lobbi quruculuğu sahəsində prioritet vəzifələrdəndir. Bu məqsədlə ötən müddət ərzində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdiyi ölkələrin siyasi və dövlət xadimləri ilə əlaqələr qurub, qeyri-hökumət təşkilatları, dövlət orqanları ilə əməkdaşlıq yaradılıb”.
Deputat Azərbaycanın xarici ölkələrdəki icmasının fəaliyyətini yüksək qiymətləndirib: “Azərbaycan diasporunun gündən-günə inkşaf etməsi bizi də sevindirir. Çünki biz başa düşdük ki, güc birlikdədir. Baxmayaraq ki, erməni diasporu uzun illərdir fəaliyyət göstərir, buna qarşı olaraq haqq səsimizi dünyaya çatdırmaq üçün bizim xaricdə yaşayan soydaşlarımız fəal işlər gördülər. Müharibə bizim birliyimizi bir daha dünyaya göstərdi. Dünyanın ən nüfuzlu ölkələrində mitinqlər, parlament səviyyəsində müraciətlər olundu. Biz bununla səsimizi çatdırmağa çalışdıq, düşünürəm ki, bunu bacara bildik. Eyni zamanda informasiya müharibəsində də Azərbaycan diasporu mütəşəkkil şəkildə mübarizə apardı. Bu istiqamətdə diasporun fəaliyyətini yüksək qiymətləndirmək olar. Bu gün artıq reallıq dəyişib. Artıq Azərbaycan öz sözünü deyən bir ölkədir. Bunu 44 günlük müharibə dövründə də göstərdik. Təbii ki, bu qələbəni şərtləndirən çox vacib amillər olub. Zəfərin qazanılmasında əsas faktorlardan biri Azərbaycanın xalqının təşkilatlanmağı idi”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

