Aqrar sahənin ixrac potensialı genişlənir
19.01.2023 [10:42]
Ötən ilin statistikasında artım müşahidə olunub
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində davamlı addımlar atılır. Məhz bu addımlar, o cümlədən həyata keçirilən işlər qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası isə bölgələrin imkanlarını genişləndirir. Görülən tədbirlər həm də idxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına töhfə verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha yüksək inkişafına yol açır. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə uğurlu inkişaf təmin edilir. Belə ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb, regionlarda əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb.
1 milyard 140 milyon 865 min dollarlıq ixracın 450 milyon dollarını meyvə satışı təşkil edir
Eləcə də, kənd təsərrüfatı məhsullarının əkilməsinə, meyvə bağlarının salınmasına təşviq üçün verilən subsidiyalar, texnikalarla təminat fermerlərin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsidir ki, artıq regionlarda əldə olunan nəticə ildən-ilə artmaqdadır. Yerli fermerlərin səyi nəticəsində kənd təsərrüfatının mühüm sahələri dirçəldilir və bu da ölkəmizin ixrac potensialının artmasına yol açır. Bu faktı 2022-ci ilin statistikası da təsdiqləyir. Belə ki, 2022-ci ildə Azərbaycandan xarici ölkələrə 1 milyard 140 milyon 865 min ABŞ dolları həcmində kənd təsərrüfatı və emalı məhsulları ixrac edilib. Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3,2 faiz artıb.
Bununla yanaşı, 2022-ci ildə Azərbaycandan xarici ölkələrə təxminən 450 milyon dollar dəyərində meyvə ixrac olunub. Bu, 2021-ci ilin müvafiq göstəricisindən 9,4% çoxdur. İxrac olunan məhsulun həcmində də artım var. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin yaydığı məlumata görə, ölkədən, ümumilikdə 396 min tona yaxın meyvə ixrac olunub. Bu da 2021-ci ilin göstəricisinə nisbətən 5,6% çoxdur.
Məhsuldarlıq artır, xarici bazarlara çıxış asanlaşır...
Bu faktı ayrı-ayrı bölgələrimizin timsalında da göstərə bilərik. Məsələn, xurma istehsalına görə respublikada qabaqcıl yerlərdən birini tutan Balakən rayonunda hazırda mövcud xurma bağlarının ümumi sahəsi 764,5 hektardır. Bu il rayonda 15 min 737 ton xurma istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 57 ton artıb. Hər hektar xurma bağından orta hesabla 205,8 sentner məhsul götürülüb. Qeyd edək ki, Balakəndə kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan xurma istehsalına maraq ildən-ilə artır. Son illər rayonda özəl sərmayələr hesabına xurmanın qurudulmuş formada istehsalı ilə məşğul olan müəssisələr belə yaradılıb. Bu müəssisələrdə istehsal üçün meyvələr əsasən rayon sakinlərinin fərdi təsərrüfatlarından yığılır. Müəssisələrdə istehsal olunan tam gigiyenik və ekoloji cəhətdən təmiz xurma məhsulları daxili bazarlarda satılmaqla yanaşı, xarici bazarlara da ixrac edilir.
Qədim milli sortlar yenidən aktuallaşır
Torpaqlarımızın işğaldan azad edilməsi isə regional inkişafın, aqrar sahənin qarşısına da yeni çağırışlar qoyur. Həmin bölgələrin məşhur, spesifik meyvələri yenidən yetişdirilib - becərilib dünya bazarına ixrac ediləcək. Məsələn, Qarabağın nadir üzüm sortlarından olan Qara lkeni Azərbaycanın ən qiymətli qara giləli texniki üzüm sortu sayılır. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır. ÜŞETİ yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühüm rol oynayır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

