İctimai və dövlət maraqlarının uğurlu vəhdəti...
07.04.2023 [10:51]
Yeganə BAYRAMOVA
Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi daim aktuallığını qoruyur. İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət bu maraqların müdafiəsini təmin edir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.
İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Çünki dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir. Müstəqil, demokratik, hüquqi dövlətlərdə düzgün siyasət həyata keçirildikdə milli və dövlət maraqları üst-üstə düşür. Bu halda şəxsi maraq və ictimai maraq arasında qarşılıqlı tamamlanma üçün şərait yaranır. Azərbaycanın mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri dövlətlərlə münasibətlərdə bütün sahələrdə öz milli maraqları üzərindən çıxış etməsidir. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti, təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.
Mövzu barədə Milli Məclisin deputatı İlham Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ictimai və dövlət maraqlarının qorunmasında vətəndaşların rolu kifayət qədər böyük olmalıdır, bu, çox vacib məqamdır. Parlament üzvünün sözlərinə görə, bəzən cəmiyyətdə yanlış olaraq elə anlaşılır ki, ictimai və dövlət maraqlarının qorunması yalnız dövlətin vəzifəsidir. Millət vəkili bu yanaşmanın kökündən yanlış olduğunu düşünür: “Bu baxımdan vətəndaşların da üzərinə bilavasitə mühüm vəzifələr düşür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər. Bu fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşlar ictimai və dövlət maraqlarının qorunmasında daha aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Bu, çox vacib nüansdır. Dövlət Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması istiqamətində addımlar atır, müəyyən tədbirlər, işlər görülür. Bütün bunlar təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından da xüsusi önəm və əhəmiyyət daşıyır.
Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Ulu öndərin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynayır. Bu zəmin əsasında inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir”.
İ.Məmmədov bildirib ki, ictimai maraqlar QHT-lər və media qurumları vasitəsilə də daha çevik və operativ formada təmin edilməlidir: “44 günlük Vətən müharibəsində xalq, lider, dövlət və ordu birliyinin şahidi olduq. Hər bir Azərbaycan vətəndaşı dövlətin yanında oldu. Hətta müxtəlif fikirlərdə olan siyasi partiya rəhbərləri və təmsilçiləri də ümummilli məsələlərdə birlik nümayiş etdirərək dövlət maraqlarının müdafiəsi prizmasından çıxış etdi. Nəticə etibarilə də bu birlik və vəhdət Azərbaycanın 30 ilə yaxındır həll edilməyən probleminin həllinə gətirib çıxardı. Ordumuz qələbə çaldı və işğala son qoydu, öz sərhədləri boyu suverenliyini bərpa etdi. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə ictimaiyyət nümayəndələrinə, vətəndaşlara müraciət edərək hər kəsi aktiv olmağa, ictimai qınaq məsələlərində qorxmadan, çəkinmədən aktivlik nümayiş etdirməyə çağırıb.
Qonşu ölkələr kontekstində görürük ki, dövlət və ictimaiyyət arasında çox ciddi çatlar meydana gəlir. Bu da dövlətin parçalanması, xaosla nəticələnir. Xoşbəxtlikdən Azərbaycanda tamamilə fərqli situasiya hökm sürür. Burada biz dövlət və xalq birliyini görürük”.
Nəticə etibarilə, qeyd etmək lazımdır ki, ictimai və dövlət maraqları hər bir cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Ona görə də, bu maraqların qorunması əsas vəzifələrdən biri olmalıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

