Diaspor quruculuğu - prioritet istiqamət kimi
20.05.2023 [11:20]
Nicat Dilqəmli
Tarixin bütün dövrləri üçün aktual olan məsələlərdən biri də diaspor quruculuğu və lobbiçilikdir. Xüsusilə son illər, daha dəqiq desək, pandemiya və postpandemiya dövrlərində dünyanın bir çox ölkəsində ciddi qlobal dəyişikliklərin müşahidə olunduğu bir vaxtda diaspor və lobbiçilik bir qədər də aktuallaşdı. Ölkəmizdə diaspor quruculuğu və soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi, həmrəyliyi, yəni dünya azərbaycanlılarının təşkilatlanması ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xaricdə yaşayan həmvətənlərimizin diqqət mərkəzində olması, onların bir araya gəlməsi dövlətin əsas prioritetlərindən birinə çevrildi. Çünki həyatının müəyyən bir qismini işi ilə əlaqədar doğma Azərbaycandan kənarda yaşamağa məcbur olan Heydər Əliyev həmin insanların keçirdikləri
hissləri də, onların düşüncələrini də hər bir kəsdən daha gözəl anlayırdı. Ulu öndər Heydər Əliyev Azərbaycan diaspor cəmiyyətlərinə aid olan bütün məsələlərə hər zaman olduqca böyük həssaslıqla yanaşıb. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir. Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.
Bu gün isə Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən Onun milli inkişaf strategiyası uğurla davam və inkişaf etdirilir. Qloballaşan, müasir dünyanın reallıqlarına, yeni geosiyasi vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu istiqamətində olduqca mühüm, əhəmiyyətli addımlar atılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər barədə söz açarkən ilk növbədə dövlət başçısının 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını xüsusi qeyd etmək lazımdır. Fond ötən illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsinə və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib.
Etiraf etmək lazımdır ki, dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın təşkilatlanmasının, vahid amal uğrunda sıx şəkildə birləşməsinin ən aydın nümunəsi 44 günlük Vətən müharibəsi dövründə müşahidə olundu. Məhz Zəfər tariximizin yazıldığı günlərdə dünya azərbaycanlıları ən müxtəlif vasitələrlə dövlətin yanında olduğunu göstərdi, Dəmir yumruğun ətrafında sıx birləşdi. Döyüş yalnız ön cəbhədə getmirdi. Arxa cəbhədə - informasiya müharibəsində də ən az cəbhədə olduğu qədər aktivlik müşahidə olunurdu. Ermənistan hər vəchlə dünya ictimaiyyətini aldatmağa çalışır, dezinformasiyalar yayırdı. Təbii ki, belə bir məqamda bütün vasitələrlə düşmən təxribatlarına cavab vermək hər bir azərbaycanlının vətəndaşlıq borcu idi. Məhz soydaşlarımızın birliyi, həmrəyliyi nəticəsində Azərbaycan bu sınaqdan da üzüağ çıxmağı bacardı - ön cəbhədə olduğu kimi, arxa cəbhədə də parlaq qələbəyə imza atdı.
Birliyimiz, həmrəylimiz bu gün də davam edir. Ali Baş Komandanın ətrafında birləşən xalqımız bu gün Qarabağımızda gedən təmir-bərpa, abadlıq-quruculuq işlərində böyük ruh yüksəkliyi ilə iştirak edir. İllərdir həsrətində olduğumuz mədəniyyət beşiyimiz - Şuşamız artıq bir çox yerli və beynəlxalq tədbirlərə, layihələrə, konsert və festivallara ev sahibliyi edir. Bu tədbirlər sırasında aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayının keçirilməsi də olduqca əlamətdar bir hadisədir.
Bu ilin fevral ayında qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdə də ölkə vətəndaşları daha bir həmrəylik nümunəsi ortaya qoydu. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hər bir azərbaycanlı meydana atıldı, qardaşına yardım əli uzatdı. Zəlzələ həm Türkiyə, həm də Azərbaycan tarixlərinə dəhşətli bir faciə kimi yazılmaqla bərabər, həm də dostluq, qardaşlıq, həmrəylik məfhumlarının ən parlaq nümunəsi kimi tarixə əbədi həkk oldu.
Məlumdur ki, hər il yüksək intellektə sahib olan minlərlə azərbaycan gənci təhsil almaq üçün ölkə xaricinə üz tutur. Son illər bu sahədəki inkişaf əvvəlki dövrdən müsbət mənada bir xeyli fərqlənir. Məhz son bir neçə il ərzində ölkə gəncləri dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul qazanaraq həmin ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Həmin tələbələr təhsil aldıqları ölkədə keçirilən mədəni tədbirlərdə ölkəmizin milli adət-ənənələrini, qədim tarixini nümayiş etdirməklə bərabər, həm də Azərbaycan gəncinin istedadını açıq şəkildə ortaya qoyurlar.
Bütün bunlar Azərbaycanda diaspor quruculuğu istiqamətində görülən işlərin uğurlu nəticəsi olmaqla bərabər, həm də qarşıdakı dövr üçün milli dəyərlərin daha da möhkəmlənməsinin, dünya azərbaycanlılarının indikindən də artıq həmrəy olacağının qarantıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

