Uşaq və gənclərin fiziki inkişafı
28.07.2023 [11:15]
Dövlətin əsas prioritetlərindən biri kimi...
Yeganə BAYRAMOVA
Uşaq və gənclərin fiziki, mənəvi inkişafı onların yaşadıqları ölkənin əsas inkişaf göstəricilərindən biridir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Bütün bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.
Cəmiyyətin inkişafında uşaq və gənclərin fiziki və mənəvi inkişafının əsaslı rol oynadığı nəzərə alınaraq, ölkəmizdə bu sahəyə xüsusi diqqət var. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan üçün uşaq və gənclərin fiziki və mənəvi inkişafı prioritet məsələ olaraq hələ ilk gündən qəbul olunub. Elə ilk gündən də bu sahəyə qayğı göstərilib və son illər bu qayğının, diqqətin daha da artdığı göz önündədir. Bu qayğını hər bir sahədə müşahidə etməkdəyik. Deməli, uşaq və gənclərin fiziki və mənəvi inkişafının diqqət mərkəzində olduğunu inkar etmək mümkün deyil.
Gənclərimizin beyinləri “yuyulurdu”...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin üzvü Nəsib Məhəməliyev bildirib ki, hər bir ölkənin gələcək inkişafı, tərəqqisi, müstəqilliyinin qorunması böyüməkdə olan uşaqlar və gənc nəsildən asılıdır. Deputatın sözlərinə görə, bu baxımdan hər bir dövlət çalışmalıdır ki, böyüməkdə olan nəslin mənəvi və fiziki cəhətdən inkişafı üçün mühüm addımlar atsın: “Yaddaşımızdadır ki, Azərbaycanda müstəqilliyin ilk illərində - 1991-1993-cü illərdə baş verən hadisələr, xüsusən gənclərin siyasi məqsədlər naminə çirkin kampaniyalara sürüklənməsi, onların başlı-başına qalması, əlbəttə ki, gənclərimizə çox böyük mənfi təsir göstərirdi. Onların beyinləri yuyulurdu. Daxildə olan xəyanətkar qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edirdilər”.
Ulu Öndər gənclər arasındakı mənfi təbliğata son qoydu
N.Məhəməliyev 1993-cü ildən sonra, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədə nizamlı işlər gördüyünü diqqətə çatdırıb: “Ulu Öndərin ən çox diqqət etdiyi sahələrdən biri də məhz uşaq və gənclərin mənəvi və fiziki inkişafı oldu. 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bunun əyani sübutudur. Ondan sonrakı mərhələdə, 2003-cü ildən bu günə kimi görürük ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncləri arasında Heydər Əliyevin azərbaycançılıq ideologiyası daha çox təbliğ olunmağa başlanıldı. Bunun üçün müxtəlif dövlət proqramları qəbul olundu. İstedadlı gənclərin üzə çıxarılması, xaricdə təhsil proqramlarının həyata keçirilməsi, idman tədbirlərinin əhatəsinin genişləndirilməsi, bunun üçün infrastrukturun qurulması, Azərbaycan gənclərinin daha təhsilli, savadlı olmaları üçün ölkə daxilində universitetlərin təkmilləşdirilməsi Prezidentin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətdir. Məqsəd isə həm Azərbaycan gənclərinin fiziki inkişaf etmələri, həm də öz savadları ilə beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini, haqq səsini çatdırmağa şərait yaratmaqdır. İlk növbədə Vətənə sevgi, sədaqətin nümayiş etdirilməsidir”.
Azərbaycan gəncliyi dünyada öz sözünü dedi...
Parlament üzvü qeyd edib ki, İlham Əliyevin hakimiyyəti dövründə böyüyən gənclərimizin 44 günlük Vətən müharibəsində necə qəhrəmanlıq göstərdiklərinin şahidi olduq: “Bunun da kökündə ölkə Prezidentinin apardığı düzgün, düşünülmüş, məqsədyönlü siyasət dayanırdı. Zaman keçdikcə bu sahədə yeni baxışlara çox böyük ehtiyac var. Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra gənclərimizin beyinlərini yumaq, onları düzgün yoldan yayındırmaq üçün xarici, xüsusən ermənipərəst dairələr tərəfindən iş aparılır. Əlbəttə, buna da adekvat cavab verilməli, müasir zamanın tələbinə uyğun addımlar atılmalıdır. Radikal dini cərəyanlar vasitəsilə gənclərin beyinlərini yumağa çalışırlar. Bunun qarşısının alınması üçün mühüm addımlar atılır, bundan sonra da atılacaq. İnanırıq ki, həmişə olduğu kimi Azərbaycanın müstəqilliyinin qorunmasında, haqq səsinin dünyaya çatıdırılmasında gənclərimiz ölkə Prezidentinin ətrafında sıx birləşəcək. 44 günlük müharibədə Azərbaycan Ordusunun əsasını təşkil edən Azərbaycan gəncliyi artıq dünyada sözünü demiş bir gənclikdir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25

