Gənclər “Bizim həyət”də...
12.01.2024 [11:15]
Bu gün ölkəmizin gənc nəsli dövrümüzdəki ekoloji problemlərin aktuallığını anlayır və ətraf mühitin qorunması ilə bağlı fəaliyyətlərə böyük maraq göstərir. Son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti danılmazdır. Təşkilat 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb.
IDEA İctimai Birliyinin əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə və gənclərlə əməkdaşlıqdır. Əsas məsələ ondan ibarətdir ki, hər bir layihə gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə həyata keçirilir. Qısa müddət ərzində təşkilat gənc ekoloqlar və tələbələr üçün ağacəkmə fəaliyyətləri, beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşləri reallaşdıraraq dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin edib. IDEA ekoloji maariflənmə işini ailə, cəmiyyət və milli həyatın ən mühüm hissəsinə çevirmək üçün bütün fəaliyyətini gənclər üzərində qurub.
IDEA İctimai Birliyi fəaliyyət göstərdiyi gündən etibarən yaşıllıqların qorunmasına, sağlam gənc nəslin yetişdirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına xüsusi önəm verib. 2017-ci ildə bu məqsədlə gənclərin də biləvasitə iştirakı ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsinə start verilib.
Leyla Əliyevanın təşəbbüsü ilə start verilən layihəyə ilk olaraq Bakının Nəsimi rayonu qoşulub və layihə çərçivəsində abadlaşdırılan ilk həyət həmin rayonun Hüseyn Seyidzadə küçəsində olub. Həmin il abadlaşdırılan həyətin sakinləri, o cümlədən təbiətsevər gənclərin iştirakı ilə ərazidə ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətlərdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilir, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınır. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Sakinlərin istək və maraqlarını nəzərə alaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilir.
Layihəyə start verildiyi gündən Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələr mütəmadi olaraq IDEA İctimai Birliyinə təqdim edilməkdədir.
Daha iki həyət yenilənərək sakinlərin istifadəsinə verilib
Yeri gəlmişkən, ötən günlərdə Bakının daha bir neçə şəhər və küçələrində 4600-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətlərin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.
Abadlaşdırılan sahələrdə 16 söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik xətləri yenidən çəkilib.
Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 650 ədəd müxtəlif növ ağaclar, 19100 ədəd kol əkilib, 3542 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 149 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
G.QABİLQIZI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

