Sahibkarlara yeni təklif!
30.01.2024 [10:48]
Azad olunmuş ərazilərdə əlverişli biznes mühiti formalaşdırılır
Günel ABBAS
Hazırda işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi və onların bu ərazilərdə məskunlaşdırılması istiqamətində aparılan sistemli işlər davam etdirilir. Bundan əlavə kənd təsərrüfatı sahəsində kiçik və orta sahibkarlıq subyektləri üçün lazımi şərait yaradılmaqdadır. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə həyata keçirilməsi, dayanıqlı şəraitin yaradılması, əhalinin öz doğma torpaqlarında tezliklə məskunlaşması və bu regionda yüksək həyat şəraitinin yaradılması dövlət siyasətində prioritet vəzifələrdən biridir. Bu mənada, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası məqsədilə müasir texnika və yüksək səviyyəli texnologiyadan, xammal, enerji və innovativ layihələrdən daha səmərəli istifadə edilməsinə şərait yaradan sahibkarlıq subyektlərinin inkişafının bu ərazinin dayanıqlı iqtisadi və sosial inkişafına, aktiv məşğulluq səviyyəsinin yüksəlməsinə geniş imkanlar yaratması da istisna edilmir.
Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranıb. Yeri gəlmişkən, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və
obyektlərin fəaliyyətinin (“fast food”, dönər və s.), çay evi, bərbərxana və gözəllik salonu, dərzi və başmaqçı, çilingər, santexnika və elektrik xidmətləri, məişət və elektrik cihazlarının təmiri məntəqəsi) bərpası planlaşdırılır. Bu məqsədlə aşağıda qeyd olunan tələblərə cavab verən mikro sahibkarlıq subyektlərinə (10 nəfərədək işçisi və 200 min manatadək illik dövriyyəsi) əməkdaşlıq təklif edilir.
Kimlər müraciət edə bilər?
Müraciətçilərə dair bir sıra tələblər də mövcuddur. Əvvəla fəaliyyətə ən qısa zamanda başlama imkanı olmalıdır, bundan əlavə müvafiq sahə üzrə təcrübəyə malik olmalıdır, dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər öhdəlikləri olmamalıdır.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergiödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə ölkəmizdən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.
Vergi güzəştləri:
İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması tətbiq olunur. İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergiödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması tətbiq olunur.
Nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir. Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.
Əməkhaqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı:
İşəgötürənlər işçi heyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, əməkhaqqının 50 faizi işəgötürən tərəfindən, 50 faizi isə Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək.
Sosial güzəştlər:
Əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa, mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.
Sosial sığorta güzəştləri:
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.
Kommunal güzəştlər:
Qanunvericiliyə uyğun olaraq, riskli vergiödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

