Uşaqlarını çox sevən analar
07.05.2012 [17:42]
1. Ana olanlar
2. Ana olmayanlar
3. Yeni ana olanlar
Əgər siz,üçüncü qrupa daxilsinizsə, onda əmin olun ki, başınıza qəribə, qeyri-adi və gülməli hadisələr gələcək.
1. Hamilə olduğunuzu eşidən kimi ətrafınızdakı qadınlar özlərinin hamiləlik, doğuş və s. tarixçələrini az qala başdan-ayağa və bütün xırda detalları ilə sizə danışmağa başlayacaqlar.Və siz buna qulaq asmaq məcburiyyətində qalacaqsınız.
2. Körpənizin bapbalaca corablarını paltaryuyan maşında itirəcəksiniz.
3. On dəqiqədən az vaxtda həm çiməcək,həm saçlarınızı qurudacaq, həm də paltarınızı dəyişəcəksiniz.
4. Sizdən əvvəl övlad sahibi olmuş rəfiqələrinizin nəyə görə sizə vaxt ayıra bilmədiyini başa düşəcəksiniz.
5. Səkkiz saatlıq davamlı və gözəl bir yuxunun xəyallarını quracaqsınız.
6. Körpənizin artan çəkisinin hər bir qramı və uzanan boyunun hər bir sm-i ilə qürur duyacaqsınız.
7. Körpənizin dırnaqlarını tutarkən əlini kəsməkdən qorxacaqsınız.
8. Çox marağında olduğunuz jurnalın yeni bir səhifəsini oxuya bilmək və ya yeni bir seriala baxa bilmək üçün sadəcə dua edəcəksiniz.
9. Körpənin ağladığını göstərən monitoru eyvandan yerə tullamaq istəyəcəksiniz.
10. Ən sevimli donunuzu yuduqdan sonra onu ütüləməyə nə vaxtınız nə də həvəsiniz olacaq.
11. Yeni ana olmuş xanımın enerjini haradan aldığını heç cür anlaya bilməyəcəksiniz.
12. Özünüzü başqaları ilə müqayisə edib, belə qərara gələcəksiniz ki,dünyada sizdən yaxşı ana,övladınızdan şirin bala yoxdur.
13. Uşağınızın gələcəkdə öskürən və burnu axan uşaqlarla bir məktəbə gedecəyini düşünüb narahat olacaqsınız.
14. Bir daha başqasının uşağının əlinə və üzünə toxunmayacaqsınız,çünki başqaları sizin uşağınıza toxunduqda keçirdiyiniz hisslər yadınıza düşəcək.
15. Körpəniz gecələri rahat keçirməyə başlayandaəvvəlki yuxusuz gecələri yadınıza salmaq istəməyəcəksiniz.
16. Bəzi sabahlar körpənizi qucağınıza almaq üçün tələsərək yatağınızdan qalxacaqsınız. Bəzən isə sizi yuxudan güclə oyandırmaq lazım olacaq.
17. Kafeinin kəşf edilməsinə şükür edəcəksiniz yoxsa yuxusuz gecələr qeyri-mümkündür.
18. Qış aylarında evdən çıxanda körpənin az qala bütün paltarlarını geyindirmək istəyəcəksiniz.
19. Özünüzü hər zaman "heç nəyə vaxtım çatmır hələ nə qədər iş görməliyəm"- deyən görəcəksiniz.
20. Küçədə tək gedəndə sanki qol-qanadınızın olmadığını və ya nəyisə itirdiyinizi hiss edəcəksiniz.
21. Başqa bir uşağı öz uşağınız qədər çox istəməyin mümkün olub-olmadığını düşünəcəksiniz.
22. Körpənizin keçəl başından tük çıxmağa başlayanda sevindiyinizdən uçacaqsınız.
23. Dincəlməyə gedəndə uşağınızın ehtiyacı olan və olmayan bütün əşyaları götürəcəksiniz amma öz diş fırçanız və günəş gözlüyünüz yadınızdan çıxacaq.
24. Körpənizin ilk dəfə rəqs etdiyini görəndə sevincdən az qala dəli olacaqsınız.
25. Körpənizi parka apara bilmək və yelləncəkdə yelləndirmək üçün axşam yeməyini kolbasa və pendirlə də keçirtməyə razı olacaqsınız.
26. Körpənizin şəkillərini elektrin poçtla dostlarınıza yollamaqdan və ya telefonda göstərməkdən yorulmayacaqsınız.
27. Körpənizin geyim ölçüləri böyüdükcə həyəcanlanacaqsınız.
28. Uşağı olmayan rəfiqələrinizlə görüşmək sizə o qədər də maraqlı olmayacaq.
29. Körpənizə yemək yedizdirərkən üst-başınızın yeməyə batmağına alışacaqsınız.
30. Körpənizin ilk kəlməsi "ata" olsa,buna acığınız tutmayacaq."Hər halda "ata" demək onun üçün çox asandır" deyə özünüzə təskinlik verəcəksiniz.
31. Körpəniz bir yaşına çatdıqda xoşbəxtlikdən nə edəcəyinizi bilməyəcəksiniz.
32. Həyatda ən böyük qazancın övlad olduğunu düşünəcəksiniz.Elə ən böyük həqiqət də budur.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

