Ləzgi dilini niyə öyrəndim?
24.11.2021 [11:03]
“Qusar üçün darıxıram”
- 20 dərəcədə dərs deməyə gedən müəllim
“Müəllim olmağı özüm seçdim. Sənəd qəbulunun vaxtını ötürdüyüm üçün bank sektorunda işlədim. Lakin sonradan sevimli müəllim peşəsinə qayıtdım. Mən bu peşəyə sevərək gəlmişəm”.
Müsahibimiz Bəxtiyar müəllim belə deyir. Elə bəlkə də müəllimlik peşəsinə sevgisindən idi ki, ölkəmizin şimal sərhədində, qışı sərt keçən Qusarda, hətta mənfi 20 dərəcə şaxtaya baxmayaraq tariximizi şagirdlərə öyrədirdi.
“Şükürov Bəxtiyar Ziyəddin oğlu 1992-ci ildə Bərdə rayonunun Dəmirdağlı kəndində dünyaya gəlmişəm. 2009-cu ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşam. 2014-cü ildə hərbi xidmətdən döndükdən sonra MİQ-ə sənəd qəbuluna gecikdiyim üçün imtahan verə bilmədim və 2017-ci ilə kimi bank sektorunda çalışdım”.
5 ildir ki, müəllim işləyir
2017-ci ildə MİQ imtahanında iştirak etdim, nəticəyə uyğun olaraq Qusar rayonunun mərkəzindən 45 km kənarda yerləşən Yuxarı Kalanxur kənd tam orta məktəbində işə başladım. 2017-2020-ci illərdə həmin məktəbdə tarix müəllimi vəzifəsində işlədim, sonralar isə rayona daha yaxın bir kənddə - Urva kənd tam orta məktəbində işimi davam etdirdim. Builki imtahanda 51 bal toplayaraq Ağcabədi rayonundakı Xocavənd kənd tam orta məktəbinə işə qəbul oldum və hazırda orada fəaliyyətimi davam etdirirəm. Artıq 5-ci ildir ki, müəllim işləyirəm.
Dili öyrəndikdən sonra...
Qusarda yaşayan əhalinin əksəriyyəti ləzgidir. İşlədiyim məktəblərdə tədris də ləzgi dilində idi. Dili bilmədiyimdən çətinliklərim olurdu. Şagirdlərimin isə bəziləri Azərbaycan dilində təmiz danışa bilmirdi. Onlarda fənnimə daha çox maraq yaratmaqdan ötrü ləzgi dilini öyrəndim. Rayon rəhbərliyi, kənd camaatı onların dilini, mədəniyyətini öyrəndiyim üçün mənim bu addımımı çox yüksək dəyərləndirir və mənə hər zaman hörmət bəsləyirdilər. Qusarın rayon təhsil şöbəsinə, müəllim kollektivinə mənə göstərdikləri dəstəyə görə minnətdaram. Ləzgi dilini öyrəndikdən sonra elə bir çətinliyim olmadı. Çətinliyim doğma Bərdəmlə Qusarın arasında yolun uzun olması idi. Ayda bir dəfə doğmalarımı ziyarətə gedib-gəlməyim üçün 1100 km uzunluğunda yol qət etməli olurdum...
Həmin məktəb mənə çox doğma idi. Məsafə problemi olmasaydı, yenə də orada işləyərdim. Gələcəkdə də Qusarda fəaliyyət göstərməyi planlaşdırıram. Ötən illər ərzində Qusar mənə çox doğmalaşdı. Öz rayonumuza daha yaxın bir yerdə çalışıram, amma yenə də Qusar üçün darıxıram...
Müəllim olmağı özüm seçdim. Sənəd qəbulunun vaxtını ötürdüyüm üçün bank sektorunda işlədim. Lakin sonradan sevimli müəllim peşəsinə qayıtdım. Mən bu peşəyə sevərək gəlmişəm.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

