Dənizlərin qarışmaması “möcüzə”si?!
01.02.2023 [11:01]
MÜŞFİQƏ
4,5 milyard yaşı olan Yer kürəsinin sirlərini çözməklə bitmir. Məsələn, 14 əsrdir ki, din və elm adamları bu şəkildəki təbiət hadisəsini müzakirə edir, fərziyyələr irəli sürürürlər. Şəkilə diqqətlə baxsaq, Aralıq dənizi ilə Atlantik okeanının Cəbəllütariq boğazının bir-birinə qarışmadığını görürük.
Əslində duzlu və şirin suların bir-birinə qarışmaması iddiasının mənbəyi qədim dövrlərə qədər gedib çıxır. Eramızın 1-ci əsrində yazılmış “Naturalis Historiae 2” kitabında belə deyilir: “Şirin su, dəniz suyundan yüngül olduğu üçün dəniz suyuna qarışmaz və dənizin üzərində üzər”.
Bu hadisənin şahidi olan fransız səyyahı Kapitan Kusto da dənizlərin qarışmadığını görüb heyrətlənmişdi.
Dini yanaşsaq...
“Qurani-Kərim”də Furqan surəsində: “Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!” (Furqan surəsi, ayə 53). Ayədə bu dənizlərin aralarındakı duzluluq səviyyəsi fərqinə görə bir-birinə qovuşmadığı qeyd olunur. Dünyanın bir çox yerlərində belə sular mövcuddur. Nəticədə, din adamları bunu möcüzə kimi qiymətləndirirlər.
Məsələyə elmi baxış...
Bəs elm nə deyir? Məlum olduğu kimi, hər bir su hövzəsi kimyəvi olaraq bir-birinə qarışır. Sadəcə, çaylar, dəniz və okeanlar mineral və tərkib fərqliliyinə görə müxtəlif rənglərdə görünür. Yəni, duzlu su ilə şirin suyun qarışmadığı iddia edilsə də, həqiqəti əks etdirmir. Kaliforniya-Santa Kruz Universitetinin okean elmləri üzrə professoru Ken Brulandın sözlərinə görə, eyni vəziyyət Alyaska körfəzində də müşahidə olunur. Belə ki, su obyektləri, əslində bir-birinə qarışır. Onların tamamilə qarışdırılması üçün sadəcə, bir müddət lazımdır. Bir müddət sonra suyun çöküntü nisbətinə görə görüntü yoxa çıxır. Brulanda görə, həmin şəkil iki su hövzəsinin birləşməyə başladığı zaman çəkilib. Professor bu sərhədlərin statik olmadığını və dəyişə biləcəyini vurğulayıb.
Okeanlar qarışmasaydı, fəlakət olardı!
Bütün su hövzələri istər yavaş olsun, istərsə də sürətli bir-birinə qarışır. Rəng fərqi o demək deyil ki, şirin sular ilə duzlu sular bir-birinə qarışmır. Hətta mətbəxinizdə özünüz də sınaya bilərsiniz!
Alimlərin sözlərinə görə, okeanlar qarışmasaydı, o zaman fəlakət baş verərdi. Çünki okeanların qarışmaması çox ciddi sualtı cərəyanların baş verməsinə yol aça bilər. Suların qarışmaması inancı fizika qanunlarına ziddir. Hətta NASA-nın okean və dənizlərin necə qarışdığını sübut edən görüntüləri də mövcuddur. Bir sözlə, okean və ya dəniz sularının bir-birinə qarışmadığı iddiasının heç bir elmi əsası yoxdur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

