İyulun 7-də Yer Günəşdən ən uzaq məsafədən keçəcək
05.07.2023 [12:30]
İyulun 7-də Yer Günəşdən ən uzaq məsafədən keçəcək
Bu barədə Bakı Dövlət Universitetindən xəbər verilib. Bildirilib ki, yaxın günlərdə Yer kürəsinin sakinləri maraqlı astronomik hadisəni müşahidə edə biləcəklər - planetimiz öz orbitinin Günəşdən ən uzaq nöqtəsi olan afelidən keçir. Bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verir.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, 2023-cü ildə Yer iyulun 7-si Bakı vaxtı ilə saat 00:06-da afelidən keçəcək. Həmin an Günəşə qədər məsafə 152 093 251 km olacaq. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28", perihelidə isə maksimal - 32'32" olur. Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edir.
Afelidə Yer Günəşdən perihelidə olduğundan təxminən 7% az günəş enerjisi alır. Amma bu, fəsillərin dəyişməsinə təsir etmir. Fəsillərin dəyişməsi Günəşə qədər məsafənin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında dolanması və eyni zamanda onun fırlanma oxunun orbit müstəvisinə meylli olması ilə bağlıdır. Günəşə qədər məsafənin dəyişməsi şimal və cənub yarımkürələrində qış və yay arasındakı temperatur fərqinə təsir göstərir.
Yerin periheli və ya afelidə olduğu tarixlər sabit deyil. Qısa müddətdə tarixlər ildən-ilə iki günə qədər dəyişə bilər. Lakin uzun dövrdə afeli və perihelidə olma tarixləri kəskin dəyişir. Məsələn, 1246-cı ildə dekabr qış Günəşduruşunda Yer perihelidə olub. O vaxtdan bəri periheli və afeli tarixləri hər 58 ildə bir gün dəyişir. Astronomların hesablamalarına görə, 6430-cu ildə - 4407 ildən sonra Yerin perihelidə olma tarixi 19 mart gecə-gündüz bərabərliyi ilə üst-üstə düşəcək.
Şahanə
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50

