"Padşah giləmeyvəsi"
21.09.2023 [14:58]
Şahanə
Çaytikanı "padşah giləmeyvəsi" adlandırırlar və bu səbəbsiz deyil. Çaytikanı çox zəngin vitamin-mineral tərkibinə malikdir və çox effektli müalicəvi vasitə sayılır.
Çaytikanı yağının spesifik parlaq narıncı rənginin səbəbi yağda çoxlu miqdarda karotinoidlərin olmasıdır. Karotinoidlərdən orqanizmdə A vitamini sintez olunur. Bu vitamin insanın sağlamlığı üçün olduqca vacibdir.
Tərkibində əvəzsiz doymamış yağlı turşular, aminturşuları (o cümlədən, insan orqanizmi üçün əvəzsiz olan valin, leysin, lizin, fenilalanin), orqanik turşular (salisil, alma, turşəng turşuları), fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir, kalsium, fosfor, sink, kükürd və s. kimi vacib mikroelementlər var.
Bundan əlavə çaytikanı yağı C vitamini ilə də zəngindir.
A və C vitaminləri güclü antioksidantlar sayılır. Bu maddələr orqanizmdə gedən qocalma proseslərini ləngidir, immun sistemini möhkəmləndirir, orqanizmi şiş xəstəliklərin inkişafından qoruyur.
Çaytikanı yağı avitaminoz (vitaminlərin çatışmazlığı) zamanı müalicəvi vasitə kimi də istifadə olunur. Çaytikanı yağını təbii polivitamin kompleks hesab etmək olar.
Çaytikanı yağının tərkbində olan doymamış yağlı turşular, flavonoidlər, kumarin ürək-damar sistemi üçün olduqca xeyirlidir - damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, aterosklerozun və trombların, ürək-damar sistemində iltihabların əmələgəlməsinin qarşısını alır. Məhz bu səbəbdən çaytikanı yağı müxtəlif ürək-damar xəstəlikləri və pozulmaları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.
Bu yağ həm də mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Çaytikanı yağı mədə turşusunun turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir. Bu yağ mədə və 12 barmaq bağırsaq xorası xəstəliyinin müalicəsində çox effektli köməkçi vasitə kimi istifadə olunur. Çaytikanı yağı xoraların sağalmasına kömək edir. Xora xəstəliyindən əlavə həmçinin qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Şamlar şəklində olan çaytikanı yağı proktit (düz bağırsağın iltihabı), babasil zamanı istifadə olunur və çox yaxşı müalicəvi effekt verir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29

