Heidi Lamarr: gözəllik və intellekt ikonası
26.07.2024 [11:13]
Dünya şöhrətli aktrisa, alim, yaşadığı dövrün ən gözəl qadınlarından biri, “WİFİ”-nin ixtiraçısı kimi tanınan Hedi Lamarr hər zaman dünyanın ən maraqlı insanlarından biri kimi xatırlanır.
O, “Hollivud”un “Qızıl əsr”ində filmlərin ən cazibədar aktrisası adını qazanmışdı. Cazibədar Hedi Lamarr Klark Qabl, Spenser Treysi kimi parlaq aktyorlarla bir səhnədə yer alırdı. O, “Tropiklərin xanımı”, “Bum şəhəri”, “Samson və Delila” kimi məşhur filmlərə çəkilmişdi. Lakin kino aktyorluğu xanım Heidinin məşğul olduğu yeganə iş deyildi, Hedi Lamarr həm də mobil rabitə və texnologiya sahəsində çox tanınmış bir alim idi. O, yayılan spektr rabitəsi üçün ilkin texniki vasitəni icad etmişdi. Bu icad müasir dövrdə geniş istifadə etdiyimiz simsiz rabitənin açarı sayılır.
Filmdən texnoloji kəşflərə
Lamarr Hedviq Eva Maria Kiesler 9 noyabr 1914-cü ildə Avstriyanın paytaxtı Vyanada yəhudi ailəsində anadan olub. Yeniyetmə ikən avstriyalı kinorejissor tərəfindən istedadı kəşf edilən Heidi 1933-cü ildə “Ekstazi” filmində əsas rolların birinə çəkilib. Açıq-saçıqlığına görə dövrün ən qalmaqallı filmlərindən sayılan bu incəsənət nümunəsi gənc xanıma dünya şöhrəti gətirib. Lakin Lamarrın şəxsi həyatındakı sevgi macəraları həmişə uğursuzluqla müşayiət olunub. Bunlardan biri kimi onun nasistlərə silah satan zəngin avstriyalı silah-sursat istehsalçısı Fritz Mandl ilə uğursuz nikahından söz salmaq olar. Bu evliliyin tezliklə böyük skandala çevrilməsindən sonra məşhur aktrisa ABŞ-a köçməyə məcbur qalmışdı. O, çox keçməmiş burada “Hollivud”un məşhur “Metro-Goldwyn-Mayer” studiyası ilə “Hedy Lamarr” təxəllüsü altında müqavilə bağlayır. “Hollivud” film sənayesi ilə sıx əlaqələrindən sonra Lamarrın karyerası yenidən dirçəlməyə başlayır.
“Hollivud”un aparıcı aktrisaları arasında ən gözəl və ekzotik görünüşlü bir xanım kimi yadda qalan Lamarr 1930-40-cı illərdə xeyli uğurlu filmlərə çəkilir. Bu filmlər arasında aktrisanın ən diqqətəlayiq obrazı “Tropiklərin xanımı” (1939) filmindəki baş rolu olur. Heidi Lamarr bir-birinin ardınca film təkliflərini qəbul edir və yüksək məbləğdə qonorar alır.
1942-ci ildə karyerasının çiçəkləndiyi dövrdə Heidi Lamarr incəsənətdən tamamilə fərqli bir sahədə parlamağa başlayır. Aktrisanın ikinci sənəti rabitə texnologiyası sahəsiylə bağlı idi. O, öz dostu bəstəkar Corc Antellə birlikdə İkinci Dünya müharibəsinin qaynar çağında ciddi bir ixtira üzərində işləyir. Alman faşistləri ötürülən mesajların şifrəsini aça bilməsinlər deyə onlar radiotezlikləri dəyişmək imkanına malik xüsusi radio siqnal qurğusunun və “Gizli Rabitə Sistemi” ideyasının həmmüəllifləri kimi patent alırlar. Beləliklə, alman nasistlərini məğlub etmək üçün nəzərdə tutulmuş texnoloji sistem həm hərbi rabitənin, həm də mobil telefonların təhlükəsizliyini qoruyacaq texnologiyanın inkişafında mühüm addım olur.
Doğrudur, Lamarr özünün rabitə ixtirası ilə dərhal məşhurlaşmamışdı. Çünki bu kəşfin miqyası, mahiyyəti onilliklər sonra aydın başa düşüləcəkdi. Buna baxmayaraq 1997-ci ildə Lamarr və Antel cütlüyü Elektron Sərhəd Fondunun (EFF) “Pioner mükafatı”na layiq görüldü. Elə həmin il Lamarr ixtiraçılıq üzrə “Oskar”a bərabər ödül sayılan “BULBIE Gnass Ruhu Uğur Mükafatı”nı alan ilk qadın kimi tarixə düşdü.
Çoxlu evlilik, tənha ölüm
Elektron texnologiya sahəsində bir sıra ixtiraları ilə tanınsa da, Lamarrın kino karyerası 1950-ci illərdən etibarən geriləməyə başladı. Aktrisanın son filmi Ceyn Pauell ilə baş rolları bölüşdüyü, 1958-ci ildə ekranlara buraxılmış “Qadın heyvan” adlı ekran əsəri oldu.
Heidi Lamarr 1966-cı ildə rekord sayda satılan avtobioqrafik “Ekstazi və mən” adlı kitabını çap etdirdi. Kitabda müəllifdən icazəsiz redaktə işləri görüldüyünə görə xanım Lamarr nəşriyyatı məhkəməyə verdi.
Görkəmli alim, gözəllik simvolu məşhur aktrisa qocalığına yaxın yaddaş zəifliyi və yüngül alzheymer xəstəliyindən əziyyət çəkirdi. O, 1966-cı və 1991-ci illərdə dükandan oğurluq etdiyi üçün iki dəfə məsuliyyətə cəlb olunub, lakin ruhi müvazinətinin pozulduğu nəzərə alınaraq tanınmış sənətçiyə həbs və ya hər hansı hüquqi cəza verilməyib.
Heidi Lamarr altı dəfə ailə qurub. O, 1939-cu ildə Ceyms adlı oğlan uşağını övladlığa götürüb. Xanım Lamarr Ceymsi övladlığa götürən üçüncü əri aktyor Con Loderdən Denis (1945-ci il təvəllüdlü) və Entoni (1947-ci il təvəllüdlü) iki uşaq dünyaya gətirib.
Çılğın sevgi həyatı və çoxlu evliliyi olan Heidi
Lamarr ABŞ-ın Florida ştatında yerləşən Orlando şəhərindəki evində tənha həyat sürüb, 2000-ci ildə elə oradaca 85 yaşında vəfat edib.
2017-ci ildə rejissor Aleksandra Din Heidi Lamarr haqqında “Hollivud ulduzluğundan ixtiraçılığa: yeni Bombshell - Heidi Lamarrın hekayəsi” adlı sənədli film çəkib. Bu filmdə müəlliflər Lamarrın qabaqcıl texnoloji kəşflərinə nəzər salmaqla onun cazibədar aktrisadan daha çox alimlik fəaliyyətini, habelə narkotik asılılığı ilə mübarizəsini araşdırıblar.
Heidi Lamarrın ad günü Almaniya və ABŞ-da “ixtiraçılar günü” kimi qeyd olunur.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

