“Cənub istiqaməti” üzrə kulinariya infoturu
24.06.2013 [14:52]
2005-ci ildən fəaliyyət göstərən “Victory Tour" şirkəti, daxili və gəlmə turizminin inkişafı məqsədilə “Explore Azerbaijan” layihəsinə start vermiş və bu layihə çərçivəsində “Kulinariya turları”-nı yaratmışdır. 2012-ci ildə həmin turlardan biri Şimal zonası Quba-Qusar rayonlarına media və yerli turizm şirkətləri üçün təqdim edilmişdir.
Bu dəfə, 22-23 iyun tarixlərində Cənub zonasının mətbəxilə tanışlıq məqsədi ilə, yerli turizm şirkətləri və media nümayəndələri üçün, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Səlyan-Neftçala-Masallı-Lənkəran şəhərlərinə kulinariya infoturu təşkil edilmişdir. İnfotur zamanı iştirakçılar Neftçala rayonunda yerləşən “Xıllı nərə balığı artırma zavodu”-nu ziyarət etmişlər və burada aparılan nərə balıqlarının artırılması texnologiyası ilə tanış olmuşdular.
Sonra Səlyan şəhərinə üz tutan iştirakçılar yerli tanınmış aşpaz Əfsərağa Əsgərov tərəfindən “Şah balıq” yeməyinin hazırlanması prosesi ilə tanış olmuşlar.
Daha sonra iştirakçılar Lənkəran şəhərinə yollanaraq, orada yerləşən istirahət komplekslərinin birində yerli aşpazlar tərəfindən təqdim olunmuş Lənkəran zonasına aid olan yeməklərin hazırlanma prosesi ilə tanış olmuşdular.
Günün sonunda “Victory Tour” şirkətinin rəhbəri Vüsal Haciyev tərəfindən “Explore Azerbaijan” layihəsinin yenilənmiş www.exploreazerbaijan.com saytının prezentasiyasını keçirmişdir. Prezentasiya zamanı, qeyd olunan saytın vasitəsilə xarici turistlərin Azərbaycana səfər etməsi üçün turların rahat şəkildə təşkil edilməsi qeyd olunmuşdur. Bundan əlavə, saytda Azərbaycanın tarixi, mədəniyyəti, ölkədə keçirilən tədbirlər və digər faydalı məlumatlar əldə etmək olar. Saytın gözəl dizaynı və istifadəsində rahat funksionallığı iştirakçılar tərəfindən xüsusi vurğulanmışdır.
Növbəti gün, iştirakçılar Masallı şəhərinə yola düşmüş və orada sacda hazırlanmış yerli mətbəxə məxsus olan yeməklərlə tanış olmuşdular.
İnfotur zamanı bütün hazırlanmış yeməklər iştirakçılar tərəfindən vəcdə ilə qarşılanmışdır.
“Victory Tour” şirkətinin daxili turizm departamentinin əmakdaşi Niftulla Nəcəfovun sözlərinə görə, Azərbaycanın müxtəlif bölgələrində kulinariya turlarının yaradılmasının əsas məqsədi, xarici turistləri regionlarımıza məxsus olan zəngin milli mətbəxti ilə yaxından tanış etmək, bununla da, Azərbaycanın qədim tarixini və mədəniyyətini bu vasitə ilə nümayiş etdirməkdir.
Ətraflı məlumat:
Niftulla Nəcəfov,
Daxili turizm şöbəsinin əməkdaşı
Tel: 012 437 90 90 (ext. 215); 050 270 00 63
incoming@victorytour.az





Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27

