/ / “Milan Expo 2015” beynəlxalq sərgisində ölkəmizin pavilyonunun qurulacağı sahə Azərbaycan tərəfinə təqdim edilib
“Milan Expo 2015” beynəlxalq sərgisində ölkəmizin pavilyonunun qurulacağı sahə Azərbaycan tərəfinə təqdim edilib
17.12.2013 [09:42]
Dekabrın 16-da İtaliyanın Milan şəhərində “Milan Expo 2015” beynəlxalq sərgisinin təşkilat komitəsi iştirakçı ölkələrə milli pavilyonlar üçün ayrılacaq sahələrin təhvili prosesinə başlayıb.
Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildirilib ki, İtaliya hökumətinin “Milan Expo 2015” sərgisi üzrə baş komissarı Cuzeppe Salanın iştirakı ilə keçirilən mərasimdə ilk 26 pavilyonun sahələri həmin ölkələrin nümayəndələrinə təhvil verilib.
“Planeti qidalandırmaq, həyat üçün enerji” adlı sərgidə Azərbaycan ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və nadir biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaq.
Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaş olan Heydər Əliyev Mərkəzi artıq “Milan Expo 2015” ilə əlaqədar bu vaxta qədər tələb olunan bütün hazırlıqları başa çatdırıb.
Sərgiyə hazırlıqla bağlı 140-a yaxın iştirakçı ölkədən öhdəlikləri ilk yerinə yetirən 26 ölkə sırasında olan Azərbaycan tərəfinə ölkəmizin pavilyonunun qurulacağı sahə təqdim edilib.
Təşkilat komitəsinin nümayəndəsi bildirib ki, Azərbaycan sərginin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır.
Qeyd edək ki, sərgidəki milli pavilyonda Azərbaycanın tarixi, coğrafi və mədəni özəllikləri, həmçinin müasir həyatı xüsusi proyeksiyaların təqdimatı ilə ziyarətçilərə çatdırılacaq.
2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək “Milan Expo 2015” sərgisi 1,7 milyon kvadratmetr ərazidə təşkil olunacaq. Dünyanın müxtəlif ölkələrindən 30 milyonadək qonağın iştirakı ilə keçirilməsi nəzərdə tutulan bu sərgidə məqsəd diqqəti sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya cəlb etməkdir.
“Milan Expo 2015” sərgisi Azərbaycan tarixinin, mədəni irsinin dünyada tanıdılması və ölkənin iqtisadi-mədəni potensialının təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihə həm də Azərbaycanı sağlam həyat mənbəyi olan ölkə kimi tanıdan özəlliklərin, həyata keçirilmiş ekoloji layihələrin bir daha təqdim edilməsinə imkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

