/ / “Kaspi” qəzetinin Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı “Xüsusi buraxılış”ı çapdan çıxıb
“Kaspi” qəzetinin Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı “Xüsusi buraxılış”ı çapdan çıxıb
06.03.2014 [09:35]
“Kaspi” qəzetinin Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı “Xüsusi buraxılış”ı çapdan çıxıb.
AzərTAc xəbər verir ki, nəşrdə böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Ə.Hüseynzadənin həyat yolundan bəhs olunur.
“Xüsusi buraxılış”dakı redaksiya məqaləsində deyilir: “Qlobal və kəskin dəyişikliklərlə yadda qalan XIX əsrin sonu - XX əsrin əvvəllərində ideya savaşına atılan Ə.Hüseynzadə genişmiqyaslı fəaliyyəti ilə özünü ictimai fikirdə qələm adamı, ideoloq, siyasətçi kimi təsdiqləyərək milli mübarizənin nəzəri əsaslarının hazırlanmasına böyük töhfələr vermişdir. Görkəmli ədib Tiflisdə, Peterburqda mükəmməl təhsilə, İstanbulda tibb ixtisasına yiyələnərək fəal siyasi mübarizəyə qoşulan, Osmanlı İmperiyasında mütərəqqi və zəruri islahatların həyata keçirilməsini hədəfləyən İttihad və Tərəqqi Partiyasının yaradıcılarından olmuşdur”.
Məqalədə qeyd edilir ki, siyasi baxışlarına görə təqib olunduğu üçün 1903-cü ildə Bakıya dönən Ə.Hüseynzadə dostları Əlimərdan bəy Tobçubaşovun, Əhməd bəy Ağaoğlunun çalışdığı “Kaspi” qəzetində fəaliyyətə başlayıb. Az sonra Ə.Ağaoğlu ilə birlikdə Azərbaycan mətbuat tarixində məfkurə qəzeti kimi iz qoymuş “Həyat”ın yaradıcısı və redaktoru işləyib. Onun mətbu irsinin zirvəsi hesab olunan “Füyuzat” jurnalı düşüncələrdə islahat aparmağı qarşısına məqsəd qoyaraq romantizmə yeni nəfəs gətirən, sonrakı mətbu nəşrlərin işinə təkan verən ideya xəzinəsi idi.
Ə.Hüseynzadə görkəmli şəxsiyyət kimi yaddaşlarda yalnız nəzəri fikirlərin müəllifi kimi deyil, həmçinin istedadlı şair, rəssam, həkim kimi qalıb. Bu böyük şəxsiyyətin yaradıcılığının öyrənilməsi, əsaslı təbliğ olunması həmişə zəruridir.
Prezident İlham Əliyevin böyük ədibin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının milli-tarixi dəyərlərimizin dirçəldilməsinə dövlət dəstəyi kimi qiymətləndirildiyi məqalədə diqqətə çatdırılır ki, Əlimərdan bəy Tobçubaşovun 150, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsi ötən əsrin əvvəllərində istiqlal savaşının iştirakçılarının zəngin irsinə hörmətin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevin milli tarix şüurunun formalaşdırılması və gənc nəslə çatdırılması istiqamətində fəaliyyəti, həyata keçirdiyi strateji xətt müstəqil Azərbaycanda bu gün daha inamla, yeni keyfiyyət mərhələsində davam etdirilir.
Mustafa Kamal Atatürkün belə bir etirafı vardır: “Ətimin və sümüklərimin atası Əli Rza Əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır”.
Türkçülüyün digər görkəmli fikir dühalarından olan Yusuf Akçura isə deyir: “Əli bəy Hüseynzadənin şairanə turançılığı, 1908-ci ildən sonra İstanbulda digər turançıları, başlıcası Ziya Göyalpı yaratmışdır”.
Əli bəyin turançılıq sevdası neçə türk öncülünün ürəyini fəth etmiş, zəkasına hakim kəsilmişdi. Bunlardan biri də Bakını daşnak-ingilis işğalından xilas edən, daha sonra isə Türküstanda rus istilasına qarşı basmaçı hərəkatı kimi əzəmətli müqavimətə başçılıq edən Nuru Paşa olmuşdu. Bu baxımdan türk əsgərinin canından keçərək Bakını xilas etməsinin ideya müəlliflərindən biri Əli bəy Hüseynzadədir.
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

