141 yaşlı Azərbaycan teatrı
12.03.2014 [09:33]
Bu gün bizim qarşımızda nəhəng bir teatr məbədi dayanırsa, heç şübhəsiz ki, bu, dövlətimizin teatrlarımıza göstərdiyi diqqət və qayğıdan qaynaqlanır
“Teatr” deyəndə, adətən gözümüzün önünə əcdadlarımızın açıq havada insanların gur məskunlaşdığı ərazilərdə nümayiş etdirdikləri “Meydan tamaşaları” gəlir. “Qodu-qodu”, “Bəbəkoyunu”, “Kəvsəc”, “Yuğ”, “Kilimarası”, “Qaravəlli”, “Şəbih”, “Laloyunu” həmin meydan tamaşalarından bir neçəsidir.
Ümumiyyətlə, milli xalq oyun-tamaşalarımızın yaranma tarixi bir neçə min il əvvəllərə dayansa da, peşəkar teatrımızın yaranması və təşəkkülü 1873-cü il martın 10-na təsadüf edir. Çünki məhz həmin tarixdə böyük dramaturqumuz Mirzə Fətəli Axundzadənin “Hekayəti-Vəziri Xani Lənkəran” tamaşası səhnəyə qoyulub. Başda dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə olmaqla, görkəmli maarifçi Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun, daha sonrakı mərhələlərdə Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun bu sahənin inkişafında əvəzsiz xidmətləri danılmazdır. Yeri gəlmişkən, M.F.Axundzadənin səhnə sənəti haqqındakı fikirləri teatr tariximizin bünövrəsi rolunu oynayaraq, nəsil-nəsil peşəkar dramaturqlar və səhnə xadimlərinin yetişməsi və tərbiyələnməsində əvəzsiz rol oynayıb. Eyni zamanda, o dövrün görkəmli səhnə ustaları Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əhmədbəy Ağdamski, Cahangir Zeynalov, Mirzə Muxtar Məmmədov, Əbülfət Əlvəndi, Rüstəm Kazımov, Cəlil Bağdadbəyov və digər istedadlı insanlar öz adlarını Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazdırıblar. Bir sözlə, böyük mütəfəkkirimiz Mirzə Fətəli Axundzadənin teatrla bağlı müdrik fikirlərini özünə hədəf kimi götürən Azərbaycan teatrı öz məqsədinə doğru irəliləyib. Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr olan Azərbaycan teatrı daha sonra şaxələnib və bu şaxələnmədən ayrı-ayrı müstəqil teatrlar yaranıb. Getdikcə daha böyük uğurlara imza atan teatrımız tamaşaçı auditoriyasını da genişləndirərək dünyaya çıxıb...
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanda digər incəsənət və yaradıcılıq nümunələri kimi teatr sənəti də dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Eyni zamanda, Ulu öndər Heydər Əliyev daima bu sahəyə diqqət və qayğı göstərib. Təsadüfi deyil ki, məhz Ulu öndər Heydər Əliyev Azərbaycanda peşəkar teatrın yaranmasının 125 illik yubileyinin keçirilməsi haqqında 30 avqust 1998-ci il tarixində Sərəncam imzalayıb və həmin Sərəncama uyğun olaraq tədbirlər planı qəbul edilib.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də sözügedən sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Belə ki, 29 dekabr 2006-cı il tarixində “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, 6 fevral 2007-ci il tarixində “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı bütün mədəniyyət sahələri ilə yanaşı, teatr sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 19 fevral 2007-ci il tarixli Sərəncamı Azərbaycan teatrının maddi-texniki bazasının gücləndirilməsi və yaradıcılıq potensialının dirçəldilməsi, teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədinə xidmət edirdi. Belə ki, Sərəncama müvafiq olaraq Heydər Əliyev adına Saray, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram və Azərbaycan Dövlət Kukla teatrları əsaslı təmir və müvafiq texniki avadanlıqla təchiz edilib, Azərbaycan Dövlət Pantomima Teatrı, eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi binalarda təmir-bərpa işləri həyata keçirilib.
Bu məqamda Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə hazırlanmış “Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nı da qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin 18 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiqlənən həmin Dövlət Proqramı zəngin və köklü ənənələrə malik Azərbaycan teatrının qarşısına ciddi vəzifələr qoyub.
Xalq teatrı nümunələrinin zəngin ənənələrindən bəhrələnib bu gün dünyada baş verən proseslərə uyğun inkişaf etməyi qarşısına məqsəd qoyan, dünya teatrının nailiyyətləri əsasında formalaşmış Azərbaycan professional teatr ictimaiyyəti “Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na uyğun olaraq bu gün də əməli işlər görür, öyrənir, öyrədir, inkişaf edir və inkişaf etdirir. Bu gün Azərbaycan teatrının fəaliyyəti sayəsində xalqımız dünya ədəbiyyatının bir çox inciləri ilə daha yaxından tanış olmaq imkanı əldə edib.
2013-cü il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Teatr Gününün təsis edilməsi və Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncamlar teatr xadimlərinə stimul verir və onları daha yeni uğurlara səsləyir.
Və sonda... 141 il dilə asan gəlir. Nə az, nə çox, düz 141 il boyunca teatrımız uzun və keşməkeşli, mübariz və ən əsası şərəfli bir yol keçərək, 1873-cü ildən qazandığı ilk uğurları, günümüzədək əldə etdiyi nailiyyətləri, müvəffəqiyyətləri və uğurları ilə bəlli bir yaradıcılıq yolu müəyyənləşdirib. Bu yolda ağrı - acılardan keçib, məhrumiyyətlərə sinə gərib və bu günlərə gəlib çıxıb. Bu gün bizim qarşımızda nəhəng bir teatr məbədi dayanırsa, heç şübhəsiz ki, bu dövlətimizin teatrlarımıza göstərdiyi diqqət və qayğıdan qaynaqlanır.
Oktay
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

