/ / I İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində növbəti konsert “ÜNS” Yaradıcılıq Səhnəsində təqdim olunub
I İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində növbəti konsert “ÜNS” Yaradıcılıq Səhnəsində təqdim olunub
20.03.2014 [09:57]
Xəbər verdiyimiz kimi, Moskvanın fransalı müqəddəs Lüdovik kilsəsinin, “Art-noyabr” Beynəlxalq incəsənət festivalının təşəbbüsü, “ÜNS” Yaradıcılıq Səhnəsinin və “AR Production”ın dəstəyi ilə martın 1-dən başlanan və Moskva, Riqa, Bakı şəhərlərini əhatə edən “BWV-2014” I İohan Sebastyan Bax Beynəlxalq festivalı davam edir.
Bu yeni festivalın əsas strukturu 1950-ci ildə Volfqanq Şmider tərəfindən tərtib olunmuş “Baxın əsərlərinin kataloqu”na (Bach-Werke-Verzeichnis - qısaldılmış formada BWV) uyğun hazırlanıb. İ.S.Baxın 1120 əsərinin əhatə olunduğu bu kataloq həmin vaxtadək digər bəstəkarların xronoloji prinsiplə hazırladıqları kataloqlardan tematikliyi ilə fərqlənir. Şübhəsiz ki, Volfqanq Şmider kataloqun hazırlanmasında müvafiq sahə üzrə uzun illər toplanmış təcrübədən, o cümlədən 1851-ci ildən Bax Cəmiyyətinin dünya şöhrətli bəstəkarın əsərlərinin akademik nəşri üzrə fəaliyyət istiqamətindən bəhrələnib. İ.S.Baxın əsərləri xronoloji ardıcıllıqla deyil, janrlar üzrə nəşr edilib.
Bu prinsipi əsas götürən “BWV-2014” I İohan Sebastyan Bax Beynəlxalq festivalı dünya şöhrətli bəstəkarın irsini orqan, kamera-instrumental, orkestr və oratoriya istiqamətlərində təqdim edir.
Festival çərçivəsində Bakıda ilk konsert martın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında təqdim edilib. Həmçinin martın 16-da “ÜNS” Yaradıcılıq Səhnəsinin dəstəyi ilə Riqanın Böyük Gildiya konsert zalında Liepaya kamera orkestri İ.S.Baxın əsərlərini ifa edib. Orkestrə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib. Konsertin solistləri Xalq artisti Murad Adıgözəlzadə (fortepiano), Aleksandr Trostyanski (skripka), Andrey Qridçuk (alt) olublar.
AzərTAc xəbər verir ki, martın 18-də “ÜNS” Yaradıcılıq Səhnəsində festival çərçivəsində növbəti konsert olub.
Konsertdə Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri çıxış edib. Solistlər Xalq artisti Murad Adıgözəlzadə (fortepiano), Aleksandr Trostyanski (skripka), Andrey Qridçuk (alt), Zərifə Alxasova (skripka) və konsertin xüsusi qonağı İlham Nəzərov (kontratenor) olublar.
“ÜNS” Yaradıcılıq Səhnəsində tamaşaçılara İ.S.Baxın “Brandenburq 3 nömrəli sol major konserti”, “Skripka və orkestr üçün mi major konserti”, “Qoboy və orkestr üçün fa major konserti”nin alt və orkestr üçün işlənmiş variantı, “Klavir və orkestr üçün fa minor konserti”, “Skripka, qoboy və orkestr üçün do minor konserti”nin skripka, alt və orkestr üçün işlənmiş versiyası, “Matfey əzabları” əsərindən ariya səslənib.
Martın 29-dək davam edəcək festivalın sonuncu konserti Moskvada keçiriləcək və həmin gün İ.S.Baxın “İoanın əzabları” əsəri səslənəcək.
“ÜNS” Yaradıcılıq Səhnəsində təqdim olunan konsert alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

