Tofiq Kazımov novator rejissor kimi
23.04.2014 [09:10]
Azərbaycan milli teatr sənətində əvəzsiz və fərqli yaradıcı metodu ilə seçilən sənətkarlardan söhbət düşəndə məhz yada Tofiq Kazımov düşür. Onun yaradıcılığına nəzər saldıqda biz məsuliyyətli, teatr tariximizin qızıl səhifələrini məharətlə möhürləmiş şəxsiyyət görürük. Azərbaycan teatr məktəbinin əsası qoyulandan bu günə kimi olan zaman kəsiyinə diqqət yetirsək, Tofiq Kazımov fenomeninin özünün ayrıca hücrəsini sezmək mümkündür. O, məhz bir rejissor kimi səhnələşdirdiyi tamaşaların müəllifinə çevrilə bilmişdir. Bununla da rejissor anlayışına “Müəlliflik” möhürünü vurmuşdur.
O ənənəvi rejissorluqdan çıxaraq, rejissoru sxematik təsvirdən, bəsit düşüncədən, aktyorun istedadının yükündən azad edərək pyesin səhnədə sahibinə çevrilə bilirdi.
Tofiq Kazımovun bu cür mədəniyyət yanğısı ilə çırpınması təsadüfi deyildir. O, məhz maarifpərvər bir ailədə göz açmışdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Qeyd edək ki, Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, “Nicat”, “Səfa”) teatr truppalarının rəhbərlərindən idi.
Daha sonra təzadlı həyat onun dünya görüşünü zənginləşdirməklə yanaşı, mövqeyini möhkəmləndirib. Böyük Vətən müharibəsində iştirak edən Tofiq Kazımov döyüşlərdə yaralanaraq 1943-cü ildə Azərbaycana qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun “Məlik Məmməd”, Abdulla Şaiqin “Ana” dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb. 1945-1950-ci illərdə isə Moskvada Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb.
Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun “Kür sahilində” pyesini tamaşaya hazırlayıb. 1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi, Hüseyn Muxtarovun “Ailə namusu” (“Allanın ailəsi”) pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il oktyabrın 1-də akademik teatrda rejissor kimi işə götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub.
Onun rejissor kimi fəaliyyətində müasir yanaşma özünü parlaq şəkildə göstərirdi. Müasirlik və aktuallıq, problematiklik, klassik dramaturgiyada dünyəvilik və dünya dramaturgiyasına milli çalarla yanaşma onun yaradıcılığının aparıcı xəttidir.
Məlum olduğu kimi, 60-cı illərin teatr sənətində klassik irsə müasir münasibət problemi birmənalı şəkildə anlaşılmışdı. Klassik əsərlərə əlavələrin, innovasiyaların edilməsi çox zaman ciddi mübahisələr doğururdu. Adətən klassikaya doğma münasibət göstərən tənqid klassik dramaturgiya, xüsusən, milli klassika əsasında hazırlanan tamaşalarda müasirlik axtarışlarına ciddi müqavimət göstərirdi. Təbii ki, tənqidin bu mövqeyi prinsip etibarilə düzgün deyildi.
Milli teatr tarixinə nəzər salarkən görürük ki, bu mənada, milli klassik dramaturgiya əsasında hazırlanan tamaşalarla bağlı vəziyyət xüsusilə problematik olmuş, hər hansı bir klassik milli dramaturgiya nümunəsini səhnələşdirərkən rejissorlar, bir qayda olaraq, doqmatik prinsiplərdən çıxış etmişlər. Nəticə etibarilə, teatrmızın inkişafı zəngin baza rolunu oynamaq potensialına malik olan milli klassik dramaturgiyamızı fəal, canlı teatr prosesindən kənarda qoymuşdur. Ancaq onu da qeyd etmək lazımdır ki, azlıq təşkil etməsinə baxmayaraq, milli klassik dramaturgiyaya müasirlik nöqteyi-nəzərindən yanaşması T.Kazımovu fərqləndirən cəhətlərindəndir. Müasirliyin sənət üçün bir zərurət olduğunu duyan novator rejissorlar klassik əsərlər əsasında hazırlanan tamaşalarda müasir sənət düşüncəsindən ötrü aktual səciyyələr tapmış və ümumbəşəri problemlərin bədii həllinə nail ola bilmişlər. İstər klassik milli, istərsə də klassik dünya dramaturgiyasının müasir yozumu problemindən danışarkən Azərbaycan səhnəsinin böyük rejissoru - Tofiq Kazımovun adi xüsusi vurğulanmalıdır. Tofiq Kazımov klassik dramaturgiya nümunələri əsasında hazırladığı tamaşalarda milli, məhəlli çərçivələri sındırmağa, ümumbəşəri problemlərin bədii həllinə nail olmağa çalışır və klassik dünya dramaturgiyasının milli teatr düşüncəsinə adaptasiyası yollarını axtarırdı.
Tofiq Kazımov klassik pyes əsasında hazırladığı tamaşada klassik əsərə müasir yanaşma tərzi göstərə, tarixi bir dövrdə cərəyan edən hadisələrin mayasındakı müasirliyi üzə çıxara, tamaşanı müasir dünyanın mənzərəsi müstəvisində yoza, ümumbəşəri problemlərin bədii həllinə nail ola bilirdi.
“Ölülər”, “Pəri Cadu”, “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşaları -rejissor T.Kazımovun klassik milli dramaturgiyaya müasir münasibətinin təzahürü kimi əlamətdardır. Belə ki, müxtəlif illərdə hazırlanan bu tamaşalarda rejissor tamaşanın çağdaş teatr sənətinin tələblərinə uyğunlaşmasını, dövrün mədəni, mənəvi, əxlaqi mühiti ilə səsləşməsini, ümumbəşəri problemlərin bədii həllini, aktual problemlərin bədii yozumunu ali məqsəd kimi qarşıya qoymuş və demək olar ki, buna nail ola bilmişdi.
O, yaradıcılığı dövründə öz novatorluğu ilə həmişə seçilmişdir. Onun aktyorlarla işləməsi, gənclərin səhnəyə gəlməsində, obrazların yaş və geyim tərzinə, təbiiliyə üstünlük verməsi buna əyani sübutdur. O, teatrda köhnəlmiş, qəlibləşmiş ənənələri sındıra bilib. Teatra gənc istedadlar toplayıb. Onun tamaşalarında aktyorlar obraz üçün yazılmış mahnıları özləri oxumağa başlayıb.
Tofiq müəllim rejissorluqla yanaşı, bir sıra sənətkarlar barədə monoqrafiyalar da yazıb, mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib.
Tanınmış şairin oğlu olan T.Kazımov yaradıcı insan idi. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınıb.
Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib.
Tofiq Kazımov 1965-ci ildə “Antoni və Kleopatra”, 1979-cu ildə “Şəhərin yay günləri” tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub.
Respublikanın Əməkdar İncəsənət xadimi (1961) və Xalq artisti (1 iyun 1974) fəxri adlarına layiq görülüb.
Tofiq Kazımov yaradıcılığının müdriklik çağında - 1980-ci ildə cəmi 57 yaşında avtomobil qəzasında həyata göz yumub.
Onun adı milli teatr tariximizə parlaq hərflərlə yazılıb. Onun səhnəmizdə tamaşaya qoyduğu əsərlər qızıl onluqların həmişə bəzəyi olub. Azərbaycanda yeni istiqamətli bir teatr məktəbinin yaranması da bu unudulmaz sənətkarın adıyla bağlıdır...
Sona HƏmidova,
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

