Heydər Əliyev Mərkəzində məşhur fransız fotoqrafı Anri Kartye-Bressonun fərdi sərgisi açılıb
27.05.2014 [09:34]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub
Mayın 26-da Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fransız fotoqrafı Anri Kartye-Bressonun “Paris” adlı fərdi sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində “Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya və Arzu Əliyevaya minnətdarlığını bildirib, bu sərginin nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində təşkilindən şərəf duyduğunu söyləyib.
Bildirilib ki, Anri Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulub. Onu fotojurnalistikanın sütunu adlandırırlar. Məşhur fotoqraf rəssamlıqla da məşğul olub. O, fotoqrafiyada zamanın və “həlledici an”ın roluna böyük əhəmiyyət verib.
“Magnum photos” agentliyinin yaradıcılarından olan Anri Kartye-Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm hadisələrini və bir çox məşhurların - İren və Frederik Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Vilyam Folkner, Trimen Kapote, Xoan Miro, Merilin Manro, Koko Şanel, Jan Pol Sartr və digərlərinin fotolarını lentə alıb.
Fotoqraf deyirdi ki, planlaşdırılmış və ya səhnələşdirilmiş fotoqrafiyanın mənə heç bir aidiyyəti yoxdur. “Əgər hər hansı bir qərar verirəmsə, bu, yalnız daxili psixoloji sifarişdir. Əvvəlcədən razılaşdırılmış və ya təşkil olunmuş fotolar da olur”, - deyən Anri Kartye-Bresson onu da bildirirdi ki, fotoaparat mənim üçün qeyd dəftərçəsi, intuisiya, alət, anın sahibi - vizual baxımdan eyni vaxtda sual qoyan və qərar verəndir. Fotoqraf əmin idi ki, dünyanı ifadə etmək üçün obyektiv vasitəsilə görünən kadrlara aludə olmaq lazımdır. Bu, konsentrasiya, ağıl və həssaslıq, eləcə də geometrik duyğu tələb edir.
Anri Kartye-Bresson 2004-cü ildə vəfat edib. Hazırda onun əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.
“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani vurğulayıb ki, sərgi Parisin son 70 illik tarixinə səyahətdir. Burada nümayiş olunan əsərləri izləyənlər sanki Fransanın paytaxtına gəzintiyə çıxacaqlar. Sərgi həm də Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini nümayiş etdirir.
Klemen Sakkomani fotoqrafın 40 il bundan əvvəl Azərbaycan ilə daha yaxından tanış olmaq məqsədilə ölkəmizə gəldiyini, bu ecazkar məkanı fotoaparatı vasitəsilə yaddaşında saxladığını söyləyib. Diqqətə çatdırıb ki, bu gün bizim Azərbaycanda olmağımız Anri Kartye-Bressonun iradəsindən irəli gəlir. Həmçinin agentlik “YARAT!” Müasir İncəsənət Məkanının gənc fotoqrafları ilə birgə işləmək niyyətindədir. Bundan əlavə, agentlik 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərini fotoşəkillər vasitəsilə dünyaya çatdırmaq arzusundadır.
Sonra mərasim iştirakçıları sərgiyə baxıblar. Sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 80-dən çox əsəri nümayiş olunur. Bu əsərlər müəllifin daim mövzuya və öz yaradıcılığına yüksək hörmət hissi ilə yanaşdığını bir daha təsdiqləyir.
Sərgidə “Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani Anri Kartye-Bressonun fotoalbomunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim edib.
Sərgi iyulun 27-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31

