Heydər Əliyev Fondu Kannda “Azərbaycan musiqi gecəsi” təşkil edib
17.07.2015 [12:28]
Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycan musiqi gecəsi” təşkil olunub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən musiqi gecəsində Fransanın tanınmış ictimai-siyasi xadimləri, Kann şəhərinin rəhbərliyi və digər nüfuzlu qonaqlar olublar.
Tədbirin iştirakçıları əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış olublar. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın fotomüxbirlərinin çəkdikləri şəkillərin də yer aldığı sərgidə birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə yanaşı, Oyunlar zamanı müxtəlif idman yarışlarından ən maraqlı məqamlar ziyarətçilərin diqqətinə çatdırılıb. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri də təqdim edilib.
Kannın Festivallar Sarayında keçirilən “Azərbaycan musiqi gecəsi”nin aparıcısı ölkəmiz, onun qədim və zəngin mədəniyyəti, incəsənəti və musiqisi barədə ətraflı məlumat verib. Kann şəhər merinin müavini, Kann Festivallar Sarayının prezidenti xanım Ann Reks bugünkü tədbirin əhəmiyyətini vurğulayıb. “Azərbaycanı qəbul etmək Kann şəhəri üçün böyük şərəfdir”, - deyən şəhər merinin müavini Azərbaycan mədəniyyətinin və incəsənətinin artıq üçüncü dəfədir ki, Kannda çox yüksək səviyyədə təqdim olunduğunu qeyd edib. Ann Reks bildirib ki, ölkəmiz Kannda çox yüksək səviyyəli mədəni tədbirlər təşkil edir. Bu da Kann şəhərinin sakinləri və buraya gələn qonaqlar tərəfindən yüksək maraqla qarşılanır.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfərini xatırladıb, Azərbaycanın mühüm geostrateji məkanda yerləşməklə çox tolerant ölkə olduğunu deyib. Jan-Fransua Mansel Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini söyləyib. Heydər Əliyev Fondunun Fransada silsilə tədbirlər təşkil etdiyini vurğulayan Azərbaycanın Dostları Assosiasiyasının prezidenti bu il Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirib.
Sonra konsert proqramı başlayıb.
Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunub.
Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin mədəniyyətinin dünyada təbliği baxımından mühüm layihələr reallaşdırır. Bu məqsədlə müxtəlif ölkələrdə tədbirlər keçirilir, bu cür gecələr və konsert proqramları təşkil edilir. Fransa və onun regionlarında da mədəniyyətimizin və incəsənətimizin təbliği ilə bağlı mühüm işlər görən Heydər Əliyev Fondu yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç ildir ki, Azərbaycan Mədəniyyəti Günlərini təşkil edir. Bu tədbirlər Fondun Azərbaycanın özünəməxsus mədəni dəyərlərinin dünyada təbliği üçün gördüyü işlərin bir hissəsidir.
“Azərbaycan musiqi gecəsi” bir-birindən maraqlı çıxışlarla müşayiət olunub və Festivallar Sarayına toplaşan hər bir insanın qəlbinə yol tapıb. Təqdim edilən ifalar alqışlarla qarşılanıb.
Təşkil olunan gecə bir daha sübut edib ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı Kannda bu il həyata keçirdiyi tədbirlər çox uğurla baş tutub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32

