Azərbaycan ilə Argentina arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
23.09.2015 [10:23]
Sentyabrın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Argentina arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı mədəni əlaqələrin inkişafından söhbət açılıb.
E.Zuain mədəniyyət sahəsində Bakıda və Buenos-Ayresdə təqdimatların keçirilməsini təklif edib. Təklifi yüksək qiymətləndirən Ə.Qarayev, həmçinin Argentina turoperatorları üçün tanışlıq turunun təşkilini qeyd edib.
Nazir iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə azərbaycanlı yazıçıların kitablarının tərcümə olunması təklifini də irəli sürüb.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Saziş ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə, musiqi, incəsənət, muzey, kitabxana və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək.
Həmçinin, iki ölkə arasında əlaqələrin daimi inkişaf etdirilməsi üçün fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.
Görüş zamanı Əbülfəs Qarayev UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə birlikdə Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıb. Nazir, həmçinin 2016-cı ilin aprelində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında da məlumat verib və nümayəndə heyətini forumda iştiraka dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

