/ / “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Braziliyada təqdimatı keçirilib
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Braziliyada təqdimatı keçirilib
09.10.2015 [10:01]
Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Elnur Sultanov Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli filmin faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Diplomat qeyd edib ki, filmin çəkilməsində məqsəd faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.
Səfir E.Sultanov vurğulayıb ki, çəkilişləri 14 ay davam edən sənədli filmin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Bildirilib ki, filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş prizmasından baxılır.
Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər mənfi halların davam etdiyini vurğulayaraq ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən 20 ildən artıqdır işğal olduğunu qonaqların diqqətinə çatdırıb. Diplomat filmin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb.
Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Filmin gələcəkdə də Braziliyada nümayiş etdirilməsi məqsədilə müxtəlif təkliflər səsləndirilib.
Tədbirdə Braziliyanın dövlət rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, akademik dairələrin, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.
Sonda tədbir iştirakçılarına ziyafət verilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

