Mənim o ağ çiçəklərim, dönüb qara torpaq oldu...
22.12.2015 [09:39]
Tanınmış şairə Nurəngiz Günün vəfatının ildönümü qeyd olunub
Ötən bir ildə qızı, nəvəsi, doğmaları, dostları və çoxsaylı oxucuları onu bəlkə hər gün, hər saat bir həzin xəyal kimi xatırlayıblar. Hər dəfə yada düşəndə yazdığı ölməz misralara tapınıblar. Onun ətrini, qoxusunu şeirlərindən alıblar. Hər misrasını sətir-sətir yaddaşlarına köçürərək Nurəngiz Gün yoxluğuna təsəlli arayıblar...
Dekabrın 19-da R.Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış şairə, Nurəngiz Günün vəfatının ildönümünə həsr edilmiş “Darıxmışam ana...” adlı ədəbi-bədii gecə keçirilib.
Əvvəlcə N.Günün həyat və fəaliyyətini, özünün ifasında səslənən şeirləri, keçirdiyi görüşləri və çıxışları əks etdirən videoçarx nümayiş etdirilib.
Akademik Teymur Kərimli yaradıcılığında ülvi hislər tərənnüm olunan N.Günün həyata, insanlara tükənməz sevgisindən söhbət açıb.
Xalq şairi Nəriman Həsənzadə Nurəngiz Günün uzun illər bir diktor olaraq məlahətli səsi ilə efirdən insanların qəlbinə yol tapdığı kimi, poeziyası ilə də qəlblərə hakim kəsildiyini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar onu XX əsrin 70-ci illər ədəbi mühitinin yetirməsi, özünəməxsus dəsti-xətti, yolu olan, şeirlərində səmimiliyi, ideya aydınlığı ilə seçilən xanım qələm sahibi kimi xarakterizə edib.
N.Günün tədqiqatçısı, şair-ədəbiyyatşünas Bahar Bərdəli şairin özünəməxsus yaradıcılıq yolundan danışıb. Bildirib ki, ədəbiyyata nəsrlə gələn N.Günün 1981-ci ildə “Ulduz” jurnalında çap olunan “Tanrı bəşər övladıdır” povesti onu tez bir zamanda ədəbi mühitə tanıdıb. Onun qələmə sarılaraq xalqımızın başına gətirilən faciələrə ürək ağrısı ilə silsilə şeirlər həsr etdiyini vurğulayıb.
B.Bərdəli Azərbaycan poeziyasının Məhsəti Gəncəvidən başlayan qadın şairlər pleyadasına yüksəlməyi bacaran N.Gün poeziyasının bənzərsizliyindən söz açıb.
Nurəngiz Günün Azərbaycan ədəbi fikir tarixindəki mövqeyindən, ədəbiyyatımıza verdiyi töhfələrdən danışan filologiya elmləri doktoru Vaqif Yusifli vurğulayıb ki, o, cənubla bağlı yazdığı şeirlərində kədərini ifadə etmək üçün istənilən qədər orijinal təşbeh, metaforalar işlədib. O, bir qadın yazar kimi sevgidən yazanda daha çox həssas, emosional, kişi yazarlara nisbətən daha səmimi olub. XX əsr qadınının ürək dünyasını tədqiq edənlərə Nurəngiz Günün şeirlərini oxumağı tövsiyə edən natiq onun sərbəst şeirdə öz potensial imkanlarından kifayət qədər istifadə etdiyini bildirib.
Vaqif Yusifli vurğulayıb ki, Nurəngiz Günün şeirləri Tanrıya edilən dualar kimi sirayətedicidir. Onun yaradıcılığındakı ana obrazı tamamilə yenidir. Yenilik isə ondadır ki, o, anaların hiss və duyğularını özü yaşayaraq şeirə gətirib.
Tədbirdə incəsənət ustaları N.Gün haqqında yazılan şeirləri və yaradıcılığı barədə deyilmiş dəyərli fikirləri səsləndiriblər. Gənc aktrisa Rada Nəsibova səhnədə şairin qızı Jalə Əliyevanın daxili dünyasını canlandırıb.
Gecədə N.Günə həsr edilmiş “Bir bənd şeir” müsabiqəsinin qalibi Şəfiqə Şəfaya AYB adından diplom təqdim olunub.
Sonda təşkilatçılara və iştirakçıları minnətdarlığını bildirən Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycanda yaradıcı insanlara göstərilən diqqət və qayğıdan söz açıb. O, N.Gün haqqında danışmağın onun üçün çətin olduğunu söyləyib. Nurəngiz Gün yaradıcılığının hər zaman poeziyasevərlərin diqqət mərkəzində olacağını vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Gündəm
22 Aprel 12:57
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18

