IV Qlobal Bakı Forumunun iştirakçıları “Yeddi gözəl” baletinə tamaşa ediblər
10.03.2016 [09:49]
Dördüncü Qlobal Bakı Forumunun iştirakçıları martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinə tamaşa ediblər.
AZƏRTAC xəbər verir ki, baletin nümayişindən əvvəl çıxış edən Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa növbəti dəfə Bakıda olmasından məmnunluğunu ifadə edib və dünya ədəbiyyatına böyük töhfələr vermiş ədiblərdən söz açıb. O deyib: “Avropada Servantes, Şekspir kimi ədiblər var ki, onlar nəinki öz ölkələrində, hətta dünya miqyasında şöhrət qazanıblar. Azərbaycanda isə belə şöhrət qazanmış ədiblərdən biri XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvidir”.
Dahi şairin irsi barədə danışan Vayra Vike-Freyberqa Nizami Gəncəvi yaradıcılığında yer alan yüksək humanizm ideyalarının Qərb və Şərq ədəbiyyatına xüsusi təsiri olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində böyük söz ustasının həm orijinal əlyazmaları, həm də onların surətləri saxlanılır.
Sabiq Prezident deyib ki, IV Qlobal Bakı Forumu dialoq, müzakirə və debatların keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakı, eyni zamanda, Azərbaycanın həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxışında bildirib ki, Azərbaycan Avropa ilə Asiya arasında mədəniyyətlərin qovuşuğunda yerləşir və tarixən sivilizasiyalar arasında körpü rolunu oynayan bir ölkədir. IV Qlobal Bakı Forumunun əhəmiyyəti barədə danışan R.Hüseynov vurğulayıb ki, bu Forumu təşkil edən beynəlxalq mərkəz dahi Nizami Gəncəvinin adını daşıyır. Hələ bir neçə əsr əvvəl bu dahi şəxsiyyət öz əsərlərində tolerantlıq, multikulturalizm və yüksək insani dəyərləri təbliğ edirdi.
Bildirilib ki, Forumun keçiriləcəyi iki gün ərzində bu mötəbər tədbirdə iştirak etmək üçün ölkəmizə gələn görkəmli ictimai, siyasi və dövlət xadimləri bizi birləşdirən ümumi dəyərlər, dinlərarası və mədəniyyətlərarası dialoq, multikulturalizm mövzularında müzakirələr aparacaqlar.
Daha sonra balet təqdim edilib. Səhnə əsərinin dirijoru Xalq artisti Cavanşir Cəfərovdur. Quruluşçu baletmeyster Estoniyanın Əməkdar artisti, dövlət, beynəlxalq mükafatlar laureatı, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü Vasili Medvedyevdir. Tamaşada baş rolların ifaçıları Xalq artistləri Gülağası Mirzəyev və Kamilla Hüseynovadır.
Qeyd edək ki, Qara Qarayevin “Yeddi gözəl” baleti Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə həsr edilib və baletin premyerası 1952-ci il noyabrın 6-da olub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31

