Gürcüstanın məşhur Ozurqeti Dövlət Teatrı Xalq yazıçısı Elçinin “Şekspir” əsərini səhnələşdirib
06.04.2016 [09:50]
Gürcüstanın Ozurqeti şəhərindəki Ozurqeti Dövlət Dram Teatrında Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Teatrın bədii rəhbəri Vasili Çikoqidze bildirib ki, Ozurqeti Dövlət Dram Teatrı 148-ci mövsümü Azərbaycan dramaturgiyasının parlaq nümunəsi ilə açır: “Bu, bizim xalqlarımız arasındakı dostluğun və qardaşlığın nümunəsidir”.
Daha sonra teatrın bədii rəhbərinin təklifi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, eləcə də aprelin 2-də şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vasili Çikoqidze bildirib ki, dost gürcü xalqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və zorakılığı, terroru pisləyir: “Biz Azərbaycan xalqının kədərini bölüşürük”.
Sonra tamaşa nümayiş olunub. Aktyorlar Temur Kvirkveliya, Liya Markiaşvili, Gennadi Nikolaşvili, Levan Savinadze, Şorena Kvetadze, İvano Çixaidze, Bela Kikvadze, Aleksandr Lomidze və başqalarının çıxışı alqışlarla qarşılanıb.
Azərbaycanın Batumidəki baş konsulluğunun məsul əməkdaşı Arzu Mikayılov aktyorlara gül çələngi təqdim edib, onlara uğurlar arzulayıb. O, Azərbaycan dramaturgiyasına müraciət etdiklərinə və gözəl tamaşa hazırladıqlarına görə teatrın kollektivinə minnətdarlıq edib.
Tamaşanın premyerasında Ozurqeti şəhər bələdiyyəsinin, icra hakimiyyətinin rəhbər işçiləri, deputatlar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Otar Kutaladzedi AZƏRTAC-a müsahibəsində deyib: “Müasir Azərbaycan dramaturgiyası öz zənginliyi və çalarlılığı ilə fərqlənir. Bu da bizdə maraq oyatdı və Xalq yazıçısı Elçinin əsərlərinə müraciət etdik. Elçinin “Şekspir” əsəri daha maraqlı göründü və bu pyes əsasında yeni tamaşa hazırladıq. Düşünürəm ki, aktyorlarımız tamaşadakı rolları məharətlə ifa etdilər və biz pyesin məğzini teatr dilində tamaşaçılara çatdıra bildik”.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

