Bakıda “İtalyan festivalı” adlı tədbir keçirilib
05.11.2016 [09:02]
Luigi D’Aprea: “Dünya italyan dili həftəsi” çərçivəsində təşkil olunan iki günlük tədbirin əsas məqsədi Azərbaycanla İtaliya arasında iqtisadi münasibətləri daha da genişləndirməkdən ibarətdir
Noyabrın 3-də İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “İtalyan festivalı” adlı tədbir keçirilib. Açılış mərasimində çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo bu tədbirin bir sıra italyan istehsalçılarının məhsulları ilə tanış olmağa və iki ölkə arasında ticarət əlaqələrinin gələcək inkişafına imkan yaradacağına əminliyini ifadə edib: “Ümumiyyətlə, Azərbaycanla İtaliya arasında biznes və mədəni əlaqələr çoxdan inkişaf edir. Belə tədbirlərin də məqsədi məhz buna yönəlib”.
O da bildirilib ki, italiyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gələcək. İş adamları noyabrın 7-8-də Bakıya səfər edəcək İtaliyanın xarici işlər naziri Paolo Centilonini müşayiət edəcəklər.
Sonra çıxış edən İtaliya Ticarət Agentliyinin (İTA) ölkəmizdəki nümayəndəliyinin direktoru Luigi D’Aprea “Bu, Azərbaycanda keçirilən ikinci festivaldı. Bu layihəni reallaşdırmaqda məqsədimiz Azərbaycanla İtaliya arasında iqtisadi münasibətləri daha da genişləndirməkdən ibarətdir”, - deyib.
“Dünya italyan dili həftəsi” çərçivəsində təşkil olunan tədbir İtaliyanın məşhur geyim, ayaqqabı, zərgərlik və mebel məhsullarını Azərbaycanda təmsil edən yerli şirkətlərin iştirakı ilə reallaşdırılıb. İki gün davam edən tədbirin birinci günündə geyim, ayaqqabı və zərgərlik brendlərinin moda nümayişi, italyan şərablarının dequstasiyası baş tutub.
“İtalyan festivalı” çərçivəsində, eyni zamanda, italyan və yerli musiqiçilərin iştirakı ilə konsert proqramı da olub. Konsertdə tenor İlham Nəzərovu Stefano Muskaritolo (elektro gitara), Kəmalə Əlizadə (piano) və Azərbaycan Dövlət Simli Musiqi Alətləri Kvarteti müşayiət edib. Tədbirdə art rəssam Federiko Babinanın əsərləri nümayiş olunub.
Tədbirin 2-ci günündə Azərbaycan şirkətlərinin stendlərində italyan markaları nümayiş olunub.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

