Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib
11.11.2016 [10:03]
Noyabrın 10-da Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.
AZƏRTAC xəbər verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birgə şənlikdə iştirak edib.
Bakının əyləncə mərkəzlərindən birində keçirilən şənliyə paytaxtda yerləşən müxtəlif uşaq evlərinin sakinləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar qatılıblar.
Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları daim ailə qayğısı ilə əhatə edir və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili üçün mütəmadi surətdə müxtəlif tədbirlər təşkil edir. Uşaq evləri və internat məktəblərində məskunlaşan, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsi ilə bağlı məsələ Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Fond onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edir.
Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən şənlikdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq alıblar, burada gözəl istirahət ediblər.
Müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşadıb.
Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

