Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Bir günəş altında” sənədli filminin təqdimatı olub
06.12.2016 [09:10]
Filmin tamaşaçıya ötürdüyü əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamının bərabər yaşamasıdır
Dekabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi “Bir günəş altında” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva iştirak edib.
Təqdimatdan əvvəl iştirakçılar Nizami Kino Mərkəzinin foyesində Azərbaycanda milli və etnik rəngarəngliyi əks etdirən fotosərgi ilə tanış olublar.
Təqdimat mərasimində məlumat verilib ki, ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn film Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir.
Filmin hazırlıq prosesində 15 nəfərdən ibarət çəkiliş heyəti bir ilə yaxın müddətdə Azərbaycanın müxtəlif bölgələrində olub, 54 kənd və qəsəbəyə ekspedisiyalar təşkil edilib. Eksperiment xarakteri daşıyan bu səfərlər zamanı 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Çəkiliş üçün hər etnik qrupun onlarla nümayəndəsindən yalnız biri seçilib. Seçim zamanı təmsil etdiyi xalqın kimliyini öz nitqi, antropoloji cizgiləri, gündəlik fəaliyyəti ilə daha dəqiq təqdim edən şəxsə üstünlük verilib.
Ekspedisiyalar zamanı çəkiliş qrupunun fotoqrafları Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərəni, bu təbiətin qoynunda yaşayan və müxtəlif etnik qrupa aid olan 2625 şəxsin fotosunu lentə alıb.
Çəkilişlər ilin bütün fəsillərində aparılıb. Bu, Azərbaycan təbiətinin rəngarəngliyini göstərməyə imkan verib.
Filmin təqdimat mərasimində, həmçinin qeyd edilib ki, “Bir günəş altında” layihəsi bu ilin iyul ayında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri zamanı təqdim olunub. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan eyniadlı sərgi və film böyük maraqla qarşılanıb. Sentyabrın 19-da Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasimində də “Bir günəş altında” layihəsi çərçivəsində sərgi təşkil edilib, Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan fotolar, eləcə də eyniadlı film fransız dilində nümayiş olunub.
Diqqətə çatdırılıb ki, “Bir günəş altında” sənədli filminin digər dillərə tərcüməsi və müxtəlif ölkələrdə nümayişi nəzərdə tutulur. Azərbaycanın dünyada tanıdılmasına xidmət edən daha bir möhtəşəm layihənin reallaşmasına verdiyi dəstəyə görə, Heydər Əliyev Fondunun prezidenti, layihənin ideya müəllifi Mehriban Əliyevaya minnətdarlıq bildirilib.
Sonra film nümayiş olunub.
Qeyd edək ki, filmin tamaşaçıya ötürdüyü əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və burada dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamının bərabər yaşamasıdır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

