/ / UNESCO-da “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” mövzusunda konfrans keçirilib
UNESCO-da “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” mövzusunda konfrans keçirilib
15.12.2016 [10:13]
Parisdə UNESCO-nun baş qərargahında Azərbaycanın bu qurumdakı daimi nümayəndəliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” adlı konfrans keçirilib.
Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb. O, bunun Azərbaycanın multikulturalizmə, mədəniyyətlərarası dialoqa verdiyi önəmin təzahürü olduğunu bildirib. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən söz açan A.Kərimov Ermənistanın torpaqlarımızı işğal etdiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, bir milyon soydaşımızın doğma yurdundan didərgin salındığını söyləyib. Bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın dialoqa, sülh danışıqlarına üstünlük verir. Tolerantlıq, multikulturalizm məkanı olan Azərbaycan “mədəniyyətlərin yaxınlaşmasında” fəal rol oynayır.
A.Kərimov iştirakçılara Bakının ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı prosesi” haqqında məlumat verib. O, multikulturalizmin ölkəmizin dövlət siyasəti olduğunu deyərək konfransın multikulturalizmin Azərbaycan modelinə həsr edildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan multikulturalizm təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır.
UNESCO-nun sosial və humanitar elmlər şöbəsinin rəhbəri Ann-Belinda Preis bu təşkilatın mədəniyyətlərarası dialoq üzrə ixtisaslaşmış proqramı, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə danışıb.
“İsrail-Azərbaycan” (Azİz) Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Arye Qut ölkəmizin tarixi, mədəniyyəti haqqında məlumat verib. O, Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşadıqlarını vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri Aytən Qəhrəman multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu və BBMM-in yaradılmasının Prezident İlham Əliyevin bu siyasətə verdiyi önəmin göstəricisi olduğunu bildirib. O, Mərkəzin yarandığı gündən gördüyü işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

