Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir premyera baş tutub
13.01.2017 [09:57]
Teatr 89-cu mövsümündə tamaşaçılara Məhəmməd Füzulinin “Leyli və Məcnun”unu təqdim edib
Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir premyera baş tutub. Belə ki, bu teatrda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı səhnə əsəri teatrsevərlərin ixtiyarına verilib. Və kollektivin bu işi də tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Elə tamaşanın quruluşunu hazırlayan Əməkdar artist Nicat Kazımov da qəzetimizə açıqlamasında nəticənin gözlədiyindən uğurlu olduğunu deyib: “Komanda olaraq tamaşa üzərində məsuliyyət və həvəslə hazırlaşmışıq. Nəticə gözlədiyimizdən də uğurlu oldu. Bizim sahə daim inkişaf tələb edir. Aydın məsələdir ki, tamaşa hər dəfə səhnəyə qoyulduqca mükəmməlləşəcək. Əsas tamaşaçı rəyidir. Əgər tamaşadan zövq alıblarsa, deməli, işimizi uğurla icra edə bilmişik”.
Öz növbəsində, Qeys, yəni Məcnun obrazını canlandıran Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının solisti, gənc aktyor Bəhram Həsənov bu obrazın onun üçün önəmli olduğunu bildirib: “Bu obrazı ifa etmək mənim üçün şərəfdir. Təbii ki, bunu gerçəkləşdirmək böyük əzmkarlıq, eyni zamanda, məsuliyyət tələb edir. Fürsətdən istifadə edib bütün yaradıcı və texniki heyəti təbrik edirəm”.
Yuxarıda da qeyd edildiyi kimi, premyera uğurlu alınıb. Belə ki, yaradıcı heyətin səhnə əsərinə fərqli baxışı və yanaşması, aktyorların peşəkar ifaları sayəsində ərsəyə gələn iki hissəli nakam məhəbbət dastanı tamaşaçıların göz yaşları və sürəkli alqışları ilə müşayiət edilib. Premyeraya təşrif buyuran tamaşaçılar qəzetimizə açıqlamalarında səhnə əsərindən razı qaldıqlarını bildiriblər. Məsələn, tamaşaya müəllimləri və sinif yoldaşları ilə birgə gəldiyini deyən 15 yaşlı Leyla Qasımova Sumqayıt şəhərindəki Texniki və Təbiət Elmləri Liseyində 10-cu sinifdə oxuyur: “Buraya Azərbaycan dili və ədəbiyyat müəllimimin tövsiyəsi ilə gəlmişəm. Görkəmli şairimiz Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poeması barədə yalnız kitablardan məlumat almışdım. Belə misilsiz əsərin tamaşasını izlədiyim üçün çox sevincliyəm”.
Növbəti həmsöhbətimiz - ixtisasca pedaqoq olan Yeganə Salmanova da tamaşadan çox təsirləndiyini deyib: “Vaxt tapdıqca tamaşalara getməyə çalışıram. Səslənən musiqi, qurulan dekorasiya, rəqslər, aktyorların geyimləri, bir sözlə, zövq aldıq. Xüsusilə də tamaşanın “Məni candan usandırdı” qəzəli ilə bitməsi gecəyə öz möhürünü vurmuş oldu. Onu da vurğulamaq istərdim ki, Məcnunu və Leylinin anasını canlandıran aktyorlara heyran qaldım”.
Məlumat üçün bildirək ki, 50-dən artıq aktyorun iştirak etdiyi yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Elşən Rüstəmov, aktyorlar Rövşən Abbasov, Rəşad Səfərov, Mehriban Abdullayeva, Mehriban Hüseynova, Sevinc Mehrəliyeva, Zemfira Əbdülsəmədova, Bəhram Həsənov, Asya Atakişiyeva, Səbinə Məmmədova, Elşən Çarhanlı, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Gülbəniz Mustafayeva və başqaları ifa ediblər. Təqdim olunan tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədovdur.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

