“Qıpçaq rəqsləri”nin premyerasına maraq böyük olub
22.02.2017 [09:41]
“Qıpçaq rəqsləri” rus bəstəkarı Aleksandr Borodinin “Knyaz İqor” operasının ikinci hissəsinin balet fraqmentidir. Operanın librettosu Aleksandr Borodin və Vladimir Stasov tərəfindən qədim rus ədəbiyyatının abidəsi olan “İqor alayı haqqında söyləmə” əsasında yazılıb.
Məlumat üçün bildirək ki, əsərdə Knyaz İqorun qıpçaqların üzərinə uğursuz yürüşündən bəhs edilir. Bəstəkar A.Borodin operanı yazmaq üçün Macarıstanda qıpçaq folkloru ilə tanış olub. O, əsər üzərində 18 il işləsə də, başa çatdıra bilməyib. A.Borodinin ölümündən sonra Aleksandr Qlazunov yerdə qalan eskizi tamamlayıb, Nikolay Rimski-Korsakov klavirin böyük hissəsini orkestr üçün işləyib. Nəticədə “Knyaz İqor” operasından “Qıpçaq rəqsləri” mükəmməl balet tamaşasına çevrilib və teatrların çoxunda oynanılıb.
Kütləvi səhnələrlə zəngin olan premyerada balet truppasının bütün artistləri iştirak ediblər. Ali hisslər yaradan rəqslərin musiqi ilə ahəngi, o cümlədən gözoxşayan dekorasiya və aktyorların bir-birindən parlaq və gözəl geyimləri gecəni unudulmaz edib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də tamaşanı izləməyə gələnlərin sırasında öz yerini almışdı.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Qıpçaq rəqsləri” baleti Sankt-Peterburqun Mixaylovski Opera və Balet Teatrının xoreoqrafı, Rusiyanın Əməkdar artisti Sergey Moxnaçovun quruluşunda səhnəyə qoyulub. Tamaşanın quruluşçu rəssamı Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov, dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Sonda tamaşaçılarla dolu olan zal uzun müddət ayaq üstə sənətçiləri alqışlayıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16

