"Azərbaycan mətbuatı tarixi"
22.07.2009 [09:45]
Dünən Atatürk Mərkəzində “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda çıxış edən Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, kitab Azərbaycan mətbuatının təşəkkül tapdığı 1875-ci ildən 1920-ci ilədək olan dövrü əhatə edir. Müasir jurnalistikanın bünövrədaşı olan tarixi mətbuatımızın tədqiqinə həsr edilən nəşrin Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə çox böyük hədiyyə olduğunu deyən N.Cəfərov, həmçinin, diqqətə çatdırıb ki, kitabda milli mətbuat tariximizin mənbəşunaslığı, milli mətbuata hazırlıq dövrü, “Əkinçi” ilə başlanan yol, “Ziya” (Ziyayi-Qafqaziyyə), “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Fyuzat” kimi qəzet və dərgilər mövcud elmi tədqiqat materialları, monoqrafiyalar və arxiv sənədləri, memuar ədəbiyyatlarından istifadə edilərək yenidən işlənilib. Kitabda “Molla Nəsrəddin” jurnalistika məktəbi ilə yanaşı, I Dünya Müharibəsi ərəfəsində və illərində mətbuat, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi mətbuatı da öz əksini tapıb.
BDU-nun jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli isə bildirib ki, Azərbaycan jurnalistikasında bu kitaba böyük ehtiyac var: “Azərbaycan mətbuatının tarixi ilə bağlı ilk kitab ötən əsrin 70-ci illərində mərhum Nəriman Zeynalov tərəfindən yazılmışdı. Lakin bu kitab o dövrün ideologiyası ilə yazılmış bir kitab idi. Etiraf edirəm ki, jurnalistika fakültəsində bu kitabın yazılması geçikib. Akif Aşırlı 35 ildən sonra mətbuat tariximizin yazılmamasından yaranan boşluğu doldurmağa çalışıb”.
Qeyd edək ki, kitabın redaktoru filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur. Nəşrin rəyçiləri isə filologiya elmləri doktoru, professor Teymur Əhmədov və Nəsir Əhmədlidir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

