Türkiyə-Azərbaycan qardaşlığı əbədidir
17.03.2018 [09:23]
Türkiyə və Azərbaycanın qardaşlığına ithaf edilmiş “Qəhrəmanlıq dastanımız” adlı musiqili-bədii gecə təşkil olunub
Martın 15-də Dövlət Musiqili Teatrda Türkiyə və Azərbaycanın qardaşlığına ithaf edilmiş “Qəhrəmanlıq dastanımız” adlı musiqili-bədii gecə təşkil olunub. Tədbir Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız əbədidir” adlı təşkilat komitəsinin dəstəyi ilə reallaşıb. Əvvəlcə qonaqlar hər iki dövlətin münasibətlərini əks etdirən rəsm sərgisinə baxıblar.
Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, komitənin əsas məqsədi iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə vermək, ölkəmizin təbliğatını Türkiyədə daha geniş şəkildə təşkil etmək və ictimaiyyət olaraq terrora qarşı aparılan mübarizədə Türkiyəyə dəstək verməkdir. İki qardaş ölkənin hazırkı əməkdaşlıq əlaqələrindən danışan E.Həsənli mövcud münasibətlərin gündən-günə daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, tarixin sınaqlarından çıxaraq “Bir millət, iki dövlət” prinsipi ilə gündən-günə güclənən Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı İslam həmrəyliyinə layiqli nümunə kimi qiymətləndirilir.
Prezident Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Qənirə Paşayeva, Hikmət Babaoğlu, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi və digər çıxış edənlər Azərbaycan-Türkiyə dostluq və qardaşlığının önəmini qeyd ediblər. Türk xalqının bu gün dünya birliyində öz layiqli və dəyərli yerini tutduğunu deyən natiqlər bildiriblər ki, Azərbaycan-Türkiyə əlaqələri qədim və zəngin tarixə malikdir. Bizim dili bir, dini bir, kökü bir olan xalq olduğumuza diqqət çəkərək qeyd olunub ki, hər iki qardaş ölkə bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, bir-birinə dəstək nümayiş etdirir.
Qeyd edilib ki, Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Hər iki dövlətin beynəlxalq aləmdə layiqli mövqe tutması çox çətin mübarizə nəticəsində mümkün olub. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkələrimiz arasında sarsılmaz birliyin yaranıb formalaşdığı, bu işdə Ümummilli liderin əvəzsiz rolunun olduğu vurğulanıb.
Bildirilib ki, bu gün Türkiyə və Azərbaycan bütün maneələrə və siyasi oyunlara qalib gələrək sıx birliyə nail olub. Ölkələrimiz iqtisadi cəhətdən inkişaf edərək gələcəyə inamla addımlayır.
Tədbir “Qəhrəmanlıq dastanımız” adlı musiqili proqramla davam edib.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19

