İssık-Kulda modelyer-dizayner Gülnarə Xəlilovanın kolleksiyası nümayiş etdirilib
08.09.2018 [10:19]
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərinin yaxınlığında yerləşən “Nomad” Mədəniyyət Mərkəzində III Dünya Köçəri Oyunlarına gələn modelyerlərin kolleksiyasından nümunələr nümayiş etdirilib və musiqi kollektivlərinin böyük konserti olub. Tədbirdə 30-dan çox ölkənin dizaynerləri milli və müasir geyimlərini, ifaçılar isə öz milli musiqilərini təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Etnomədəniyyət Festivalı çərçivəsində keçirilən tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova, Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova və gənc xanəndə Səbinə Ərəbli təmsil edib. İfaçılarımız Azərbaycan xalq və bəstəkar mahnılarını, romanslarını və təsniflərimizi səsləndiriblər. Onların çıxışları alqışlarla qarşılanıb.
Gülnarə Xəlilovanın 10 müasir geyimdən ibarət kolleksiyası iştirakçıların böyük marağına səbəb olub. O, 2014-cü və 2015-ci illərdə Çin Xalq Respublikasının Urumçi şəhərində Moda Həftəsinin mükafatlarına layiq görülüb. Modelyer-dizaynerin kolleksiyası “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində Londonda nümayiş etdirilib. 2015-ci ilin iyulunda o, Rusiyanın İrkutsk şəhərində VI Beynəlxalq Etnik Kostyumu Festivalında milli geyim kolleksiyasından nümunələr təqdim edib. 2016-cı ilin noyabrında Rumıniyanın mədəniyyət mərkəzi olan Yassi şəhərində ənənəvi Moda Həftəsində “Xalçaların dili” geyim kolleksiyasını nümayiş etdirib və tədbirin mükafatına layiq görülüb. Gülnarə Xəlilova geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunan bir neçə kitabın, ali məktəblər üçün nəzərdə tutulan dərsliyin və kataloqların müəllifidir. O, 2005-ci ildən indiyədək Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə layihələri əsasında keçirilən muğam müsabiqələrində aparıcıların milli geyimlərinin tərtibatını verib. 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Tədbirdə Azərbaycanın KİV nümayəndələri də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

