Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib
18.09.2018 [10:04]
Sentyabrın 14-də Bakı Media Mərkəzi “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq Muzeyində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edib.
Bakı Media Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Bakcell şirkətinin sponsorluğu ilə baş tutan tədbirdə Mərkəzin prezidenti Arzu Əliyeva, kino və musiqi xadimləri, rəsmi nümayəndələr və başqa qonaqlar iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan kinosunun 120 illiyini qeyd etmək, kino yaradıcılığının xalqın mədəni-mənəvi həyatında və Azərbaycanın zəngin mədəniyyət salnaməsində oynadığı rolu bir daha vurğulamaq, eləcə də musiqinin filmlərin mühüm komponenti olmasını qabartmaqdı.
Tədbirdə Azərbaycan kinosunun keçdiyi tarixi yola qısa nəzər salınıb və Bakı Media Mərkəzinin fəaliyyət göstərdiyi 5 il ərzində müasir Azərbaycanın sənədli filmlərinin salnaməsinin yaradılması işinə verdiyi töhfələrdən də danışılıb. Mərkəzin istehsal etdiyi filmlərin Azərbaycan tarixini, mədəniyyətini və multikulturalizm dəyərlərini özündə əks etdirdiyi bildirilib, eyni zamanda, bu filmləri Azərbaycanda və dünyada rəsmi rəqəmlərə görə, 60 milyondan çox tamaşaçının izlədiyi qeyd olunub.
Musiqili gecədə Azərbaycanın görkəmli bəstəkarlarının filmlər üçün bəstələdiyi musiqi əsərləri yeni aranjemanda təqdim olunub. Eyni zamanda, filmlərdən olan görüntülər proyeksiya vasitəsilə xüsusi hazırlanmış videokontentlə Şirvanşahlar Saray Kompleksinin divarlarında nümayiş etdirilib.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Son iclas” və digər filmlər yer alır.
Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, “Facebook”, “Youtube”, “Linkedin”, “Instagram” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

