Azərbaycan qadın poeziyasında yeri olan şair
21.09.2018 [09:01]
Nurəngiz Günün anadan olmasının 80 illiyi münasibətilə xatirəsi anılıb
Sentyabrın 20-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Nurəngiz Günün 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə şair, publisist Maşallah Məftunun N.Günün həyat və ədəbi yaradıcılığına həsr olunmuş “Güllərin soyqırımı” kitabının, həmçinin yeni saytın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən AYB-in sədri, Xalq yazıçısı Anar ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günü istedadlı şair, publisist və gözəl insan kimi xarakterizə edib. Bildirib ki, ədəbiyyatımızda öz yeri olan istedadlı şairin şeirlərində qəm və kədər notları üstünlük təşkil edib: “Bu, bəlkə də onun taleyi ilə bağlı idi. Şeirlərindəki həmin motivlər, təbii ki, xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Onun “Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir”.
Nurəngiz Günün yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan bəhs edən Xalq şairi Fikrət Qoca onu belə xarakterizə edib: “Nurəngiz Gün özü bir şeir, bir gözəl musiqi parçası, bir gözəl rəsm əsəri idi”.
Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə Nurəngiz Günün yaradıcılığını nurlu və günəşli poeziya adlandırıb.
Milli Məclisin deputatları Elmira Axundova və Qənirə Paşayeva Nurəngiz Günün əsərlərinin məziyyətlərindən, eləcə də onun yüksək insani keyfiyyətlərindən söhbət açıblar.
Mərasimdə “525-ci” qəzetin baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı-publisist, şair, Əməkdar jurnalist, professor Aqşin Babayev, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, şair Səlim Babullaoğlu, yazıçı Seyran Səxavət, professor İslam Sadıq və filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlili çıxış edərək bildiriblər ki, Nurəngiz Gün həm yaradıcılığı, həm də yüksək mədəniyyəti ilə insanları özünə cəlb edib. Onun işğalda olan torpaqlarımızın dərdləri ilə baş-başa qalıb yazdığı və bizləri də bu həsrətin oduna yandırdığı bir sıra şeirləri, poemaları öz fəlsəfi-lirik, psixoloji mahiyyəti baxımından düşündürücüdür.
Bildirilib ki, təqdimatı keçirilən kitabda ölməz şairin həyatının və ədəbi yaradıcılığının bir qısmi öz əksini tapıb. Kitabda verilən “Güllərin soyqırımı” poeması iki hissədən ibarətdir. Birinci hissədə müəllif N.Günün yaradıcılığından danışmaqla sözün fəlsəfi baxımdan alt qatlarına enməyə çalışaraq, onun ictimai-əxlaqi məramı, ideya məzmunluluğu haqqında sanki oxuculara məlumat verir. Poemanın ana xətti - Nurəngiz Günün döyüşkən, mübariz ruhlu olması, üsyankarlığı - bədii motivlərlə qələmə alınıb. Poemanın ikinci hissəsində Qarabağ müharibəsi, onun törətdiyi fəsadlar, erməni faşizmi, eləcə də Xocalı soyqırımı milli və bəşəri duyğularla öz əksini tapıb.
Xalqını dərin məhəbbətlə sevən, zamanında hadisələrə laqeyd münasibət bəsləməyən, unudulmaz Nurəngiz Günə həsr olunmuş “Güllərin soyqırımı” poeması özünün xarakterik xüsusiyyətləri, səmimiyyəti ilə diqqəti cəlb edir.
Tədbirdə şairənin həyat və ədəbi yaradıcılığına həsr olunmuş sayt da təqdim edilib. Bildirib ki, saytda şairənin fotoları, haqqında yazılan məqalələr, bioqrafiyası və kitablarının elektron variantı yerləşdirilib.
Sonra şair Maşallah Məftun müəllifi olduğu kitab barədə məlumat verib.
Sonda şairənin qızı, Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxElm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51

