Yeni ekspozisiyalar Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini daha da zənginləşdirib
28.09.2018 [09:22]
Sentyabrın 27-də Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyalarla tərtibatından sonra açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Nəsimi - şeir, incəsənət və mədəniyyət festivalına gələn mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar da iştirak ediblər.
Qonaqlar xoş musiqi, rəqs qrupunun çıxışları ilə qarşılanıb.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev tədbir iştirakçılarını salamlayaraq, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın qədim, orta əsrlər və müasir tarixinə dair zəngin eksponatların olduğunu diqqətə çatdırıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin, ümumilikdə bütün muzeylərimizin yeni eksponatlar hesabına daha da zənginləşdiyini bildirib, bu sahədə Heydər Əliyev Fondunun xidmətlərini vurğulayıb.
Sonra qonaqlara yeni eksponatlar, habelə ayrı-ayrı bölmələrdə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Qeyd edək ki, dünya muzey standartları əsasında hazırlanan bu informativ ekspozisiya tarixi ardıcıllıqla, o cümlədən elektron vasitələrdən istifadə edilməklə, Azərbaycan və ingilis dillərində təqdim olunur. Hazırda muzeyin yeddi mindən çox eksponatı var və ekspozisiyada Şamaxının ən qədim dövrlərdən başlayaraq son zamana qədər olan tarixi, arxeoloji tapıntı nümunələri və maddi-mədəniyyət abidələri, eləcə də etnoqrafik, epiqrafik və numizmatika nümunələri nümayiş etdirilir. Heydər Əliyev Fondunun Şamaxını təsvir edən XVII əsrə aid üç ədəd qravürü hədiyyə etməsi muzey üçün əlamətdar hadisə olub. Onlar Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravürlər XVII əsrin məşhur alman səyyah və coğrafiyaçısı Adam Oleariyə, niderlandlı səyyah Yan Jansen Streysə və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.
Yeni eksponatlarla, eləcə də muzeydə nümayiş etdirilən digər tarixi və maddi-mədəniyyət nümunələri ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

