Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizov Heydər Əliyev Mərkəzində çıxış edəcəklər
05.03.2019 [09:48]
Mayın 11-də opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. Yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. Anna Netrebko 2007-ci ildə ABŞ-ın məşhur “Time’’ jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib. Diskoqrafiyasına operalar, konsert proqramları, bestsellerə çevrilmiş solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir.
Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi (“Toska”, C. Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris operaları və digər nüfuzlu teatrlardan dəvət alıb. Onun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
Elçin Əzizov (bariton) Azərbaycanın Xalq artistidir. “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü olub. 2005-ci ildə Avstriyada “Motsareum” Universitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir. Dünyanın böyük opera və konsert salonlarında çıxış edir. 2017-ci ildə Anna Netrebko və Yusif Eyvazovla birlikdə opera ulduzlarının “Half Way Around The World” konsert turunda iştirak edib. Tur çərçivəsində 6 ölkənin 8 şəhərində konsertlər verilib.
Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiymətləri 40, 50, 60, 80, 100, 120, 150, 200, 250, 300 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

