İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19.04.2019 [10:17]
İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub. Tamaşa İstanbul Şəhər Teatrlarının təşkilati və maddi dəstəyi ilə hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mədəniyyət naziri Əbülfəs Qarayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, səfir Xəzər İbrahim, baş konsul Məsim Hacıyev, səfirliyin və konsulluğun əməkdaşları, ziyalılar, media nümayəndələri və digərləri iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.
Baş rolların ifaçıları Türkiyənin tanınmış aktyorları Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyıkdır.
Səhnə əsərinin musiqisi xüsusi olaraq bu tamaşa üçün Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə tərəfindən bəstələnib.
Bu tamaşada ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə edilib. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verib.
Tamaşaya baxışdan sonra çıxış edən Məlahət Abbasova, Əbülfəs Qarayev və Sona Vəliyeva Hüseyn Cavid kimi dahi bir yazıçını türk, eləcə də dünya tamaşaçısına tanıtmağın vacibliyini qeyd ediblər. Bildirilib ki, “İblis” Cavid dramaturgiyasının şah əsəridir. Əsərin 1918-ci ildə yazılmasına baxmayaraq, mövzu bu gün də aktuallığını qoruyur və təəssüf ki, müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirir.
Çıxışlarda Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri ilə yanaşı, mədəni əlaqələrin də sıx olduğu vurğulanıb. Bu əsərin Türkiyənin ən görkəmli səhnələrindən birində tamaşaya qoyulması yüksək qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

