Fikrət Əmirovun “Min bir gecə” baleti yenə də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb
27.01.2020 [16:40]
Aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hər zaman olduğu kimi, bu dəfə də klassik əsərlərin ən parlaq nümunələri ilə tamaşaçılarının görüşünə gəlib. Belə ki, yanvarın 26-da Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş olunub. Bakı sakinləri Fikrət Əmirovun musiqisini dinləmək, Tahir Salahov tərəfindən yaradılan dekorasiyaları görmək imkan qazanıblar. "Min bir gecə" ərəb nağılının motivləri əsasında hazırlanan balet səhnədə sevilən personajları – Şəhrizad, Ələddin, Sindbad, şahzadə Buduru canlandırırdı. Mükəmməl xoreoqrafiya, parlaq kostyumlar, dekorasiya və əfsanəvi azərbaycanlı bəstəkar Fikrət Əmirovun musiqisi sadəcə tamaşaçıları ovsunlayırdı.
Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir. “Min bir gecə” dərin fəlsəfi tamaşadır. Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.
Məlumat üçün bildirək ki, əsərin premyerası 1979-cu ildə Azərbaycan Opera və Balet Teatrında olub. Tamaşaya Xalq Artisti, Dövlət mükafatı laureatı Nazim Rzayev dirijorluq edib. Sonra Moskva, Leninqrad, Tbilisi, Novosibirsk, Dnepropetrovsk və keçmiş SSRİ-nin bir çox şəhərlərinin səhnələrində göstərilib.
“Min bir gecə” tamaşasının müəllifləri bəstəkar Fikrət Əmirov, baletmeyster Nailə Nəzirova, dirijor Nazim Rzayev, rəssam Toğrul Nərimanbəyov və baş rolların ifaçıları SSRİ Dövlət mükafatına layiq görülüblər.
Sonda tamaşaçılarla dolu olan zal uzun müddət ayaq üstə sənətçiləri alqışlayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 17:24
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53

