II Vətən müharibəsi fotojurnalda
18.11.2021 [11:09]
Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr edilən ilk fotojurnalın təqdimat mərasimi keçirilib. Fotomüxbirlər Əziz Kərimov, Ehtiram Cəbi və Roman İsmayılovun İkinci Vətən müharibəsində lentə aldığı fotolardan ibarət olan jurnal “JPEG” adlanır.
Mərasimdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi qazisi Elvin Hüseynov, “Azərbaycan” nəşriyyatının baş direktoru Leyla Güləliyeva, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, AzTV-nin sədr müavini Rüfət Həmzəyev, din xadimi Hacı Şahin, eləcə də dövlət qurumlarının mətbuat katibləri, KİV rəhbərləri və nümayəndələri, qazilər və başqaları iştirak ediblər.
Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Vision tv.az-ın təşkilatçılığı ilə baş tutan təqdimat mərasimini giriş sözü ilə açan sözügedən xəbər portalının baş redaktoru Şöhrət El-Dəniz bildirib ki, bu gün təqdim olunan jurnalda müəlliflər həyəcan, emosiya, sevgi və nifrəti çəkdikləri fotolarla çatdırıblar. Bildirilib ki, rəşadətli ordumuzun əldə etdiyi şanlı zəfərdə jurnalistlərimizin, eləcə də fotoqraflarımızın böyük əməyi olub. Onlar 44 günlük Vətən müharibəsində ən ekstremal şəraitdə düşmən gülləsi ilə üzbəüz dayanaraq o anları əbədiləşdiriblər.
Sonra çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində müzəffər ordumuz işğal altında olan torpaqları azad edərək qələbəni bizə bəxş edib: “Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin “Dəmir yumruğu”nun ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşdu. 44 günlük Vətən müharibəsində jurnalistlərin də əməyi qiymətləndirilir. Məhz jurnalistlərin düzgünlüyü və operativliyi nəticəsində cəmiyyətə dolğun və vaxtında informasiyalar çatdırıldı. Fotoqrafların cəbhədə çəkdiyi şəkillər həm ölkəmizin, həm də xarici medianın gündəmində oldu. Bu gün təqdim edilən jurnal böyük əhəmiyyətə malikdir. Jurnalın, həmçinin ingilis dilində olması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vacib rol oynayacaq”.
“YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi qazisi Elvin Hüseynov da fotojurnalın əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, gənclərin ərsəyə gətirdiyi bu nəşr gələcək nəsillərə miras qalacaq.
Daha sonra çıxış edən fotoqraflar müharibə ilə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, nəşrdəki fotolar həm müharibə, həm də postmüharibə dövrünə aid olmaqla, Azərbaycan Ordusunun düşmənə qarşı apardığı haqq mübarizəsindəki qəhrəmanlığını əks etdirməklə yanaşı, Ermənistan tərəfindən mülki əhalimizə və infrastruktur obyektlərimizə yönəlmiş cinayətləri də göstərir. Vurğulanıb ki, dərc edilən materialların unikallığı baxımından ilk belə nəşr olan fotojurnal “Azərbaycan” nəşriyyatı tərəfindən təmənnasız şəkildə tərtib olunaraq çap edilib.
Tədbirin sonunda fotoqraflar MEDIA Agentliyi tərəfindən “Fəxri Fərman”la təltif olunublar.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

