“Kremerata Baltika” kamera orkestri Heydər Əliyev Mərkəzində
02.12.2021 [14:09]
Heydər Əliyev Mərkəzində “Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestrinin konserti olub.
AZƏRTAC xəbər verir ki, klassik musiqi gecəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Nino Rota, Frederik Şopen, Feliks Mendelsonun əsərləri səsləndirilib.
Konsertdə solistlər- beynəlxalq müsabiqələr laureatı Georgiy Osokin (fortepiano), Əməkdar artist Elvin Hoca Qəniyev (skripka) çıxış ediblər.
Həzin musiqi, simli alətlərin harmonik ifası, akustika gecəyə xüsusi ab-hava qatıb.
“Nizami Gəncəvi İli” çərçivəsində keçirilən konsert proqramında həmçinin Fikrət Əmirovun “Nizami” simfoniyası da yer alıb. Sonda səsləndirilən Fikrət Əmirovun “Nizami” simfoniyası tamaşaçılarda fəxarət hissi doğurub. Qeyd edək ki, Fikrət Əmirov Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniyanı şairin anadan olmasının 800 illiyi münasibətlə yazıb. Bəstəkar simfoniya üzərində dəfələrlə işləyib. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılıb. Bəstəkar şairin obrazına ehtiramla yanaşıb və ona xüsusi münasibət bəsləyib ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verib. Eyni zamanda, simfoniya özünün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Elə bu səbəblərdən də simfoniya hər dəfə səslənəndə dinləyici qəlbini riqqətə gətirir.
Xatırladaq ki, dünyada məşhur olan skripka ifaçısı Gidon Kremer 1997-ci ildə yaratdığı “Kremerata Baltika” kamera orkestrinə Latviya, Litva və Estoniyadan olan 23 istedadlı gənc musiqiçini cəlb etmişdir. Kremerata Baltika” ilk dəfə 1997-ci ildə Avstriyada keçirilən “Lokenhaus” festivalındakı çıxışı ilə yadda qalıb. Tamaşaçıların rəğbətini qazanan musiqi kollektivi dünyada fərqli ifaları ilə seçilir. Bu gün Avropanın tanınmış orkestrlərindən olan “Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində, 600 şəhərində mindən çox konsert proqramı ilə çıxış edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

