Ah moda, moda...
21.12.2021 [11:27]
Saldı bizi oda
İlhamə
Hər əsrin, hər əsrdə də hər onilliyin özünəməxsus geyim tərzləri olur. Tarixə nəzər salınca, ən ehtişamlı geyimlərin orta əsrlərə aid olduğunu görürük. İstər Avropada, istər Şərqdə zadəganların və istər sadə xalqın geyindiyi geyimlər öz gözəlliyi ilə diqqət çəkir. Məsələn, qədim türk xanımlarının geyindiyi üzəri müxtəlif əl yazıları, altın saplarla işlənmiş arxalıqlar, araqçınlar, xəzlə bəzənmiş baş örtükləri yüksək zövq nümunələri olublar. Slavyan xanımlarının başlarına geyindikləri kokoşniklər, zərif işləməli pambıq, mahud geyimlər öz rəngləri, görüntüləri ilə diqqət çəkirdilər. Avropa kral saraylarının xanımlarının geyimi isə ayrıca bir sənət idi. Bəzən diametri 6 metrə çatan qabarıq ətəkli xanım libasları, qadın kolqotqalarını xatırladan kişi geyimləri, dikdabanlı kişi ayaqqabıları da tarixin bir parçasıdır. Yəqin çoxları bilir ki, ilk dikdaban ayaqqabılar və ilk dodaq boyaları məhz kişilər üçün nəzərdə tutulmuşdu. Kişi geyimləri demişkən, maraqlı bir faktı xatırlatmaq istərdim. İndi dilimizdə qocalıb, əldən düşmüş adamlar haqqında işlədilən “qumu tökülür” ifadəsinin əslində maraqlı bir yaranma tarixçəsi var. Orta əsrlərdə kral saraylarında kişilər alt geyimlərinin üzərindən qum torbaları asardılar. Bu, onların bir kişi kimi güclü və gənc olduqlarının göstəricisi idi. Bəzən bu qum torbaları cırılar və qum tökülərdi. “Qumu tökülmək” ifadəsi də o dövrün moda yadigarı olaraq qalmaqdadır. Yeri gəlmişkən, geniş kənarlı zadəgan şlyapaları da dövrün təlabatından irəli gələrək dəbə düşüb. Kral saraylarında kanalizasiya sistemləri yox idi deyə, hər kəs içərisində tualet ehtiyacları olan çirkli qabları pəncərələrdən üzüaşağı, küçələrə boşaldardı. Geniş kənarlı şlyapalar yuxarıdan başına çirkab tökülməsinin qarşısını almaq üçün icad edilmişdi.
Ötən illərin geyimlərinə nəzər salanda, 2010-cu illərə qədər yüksək zövq nümunələri ilə rastlaşırıq. 50-60-ci illərdə qadın geyimləri öz zərafəti ilə seçilirdi. İndiki dəblə müqayisə edəndə 60-cı illərdə qadınlar daha xanımyana, daha zərif görünürdülər. Geniş ətəklər, zərif tuflilər, qabarıq saç düzümləri. 70-80-ci illərdə isə dəbdə eleqantlıq hökm sürürdü. Fabriklərdə tikilib alıcıya təqdim edilən istənilən libas, xüsusilə qadın və kişi kostyumları öz ciddi, çox səliqəli görüntüsü ilə diqqət çəkirdi. 90-cı illərdə xaricə sərhədlərin açılması ilə xüsusilə Suriyadan ölkəmizə ayaq basan parıltılı, qaşlı, biserli geyimlər dəbə düşdü. Hətta ayaqqabılar belə daş-qaşlarla bəzədildi və 90-cı illər modanın baş-ayaq olduğu illər adlandırıla bilər. İnsanlar hara nə geyinəcəklərini bilmədən, saxta təmtəraqa aludə oldular. Gündüzlər işə də bu qaşlı, parıltılı libaslarla getdilər, axşamlar ziyafətlərə də.
2000-ci illərdən sonra isə sərbəst dəb adı altında həyatımıza nələr daxil olmadı nələr. Qadınlı, kişili hamımız krosovka və cinslərin rahatlığından faydalanmağa başladıq. O həddə çatdı ki, eleqant geyimlərdə özümüzü narahat hiss etməyə başladıq.
Son 10 ildə üzərinə abırlı bir libas almaq müşkül məsələyə çevrilib. Dəb halına gəlmiş qırış-qırış, rəngi solmuş parçalar, yırtıq şalvarlar, corablar, koftalar yavaş-yavaş həyatımızdakı yerini bərkitdi.
İşə gələrkən küçədəki gənclərin geyimlərinə diqqət edirəm. Bir ayağı qara, bir ayağı ağ rəngdə şalvar geyinmiş gənc keçir önümdən. Görəsən xəbəri varmı ki, hər ayağı bir rəngdə olan belə şalvarları Avropanın kral saraylarında təlxəklər geyinərdilər?
Və yaxud bel hissəsi çanaq sümüyündən aşağı düşən, düşük belli cinsləri cinsi azlıqların nümayəndələri kəşf etmişdilər. Kənardan bir-birilərini tanımaq və yaxınlaşmaq asan olsun deyə. 2022-ci ildə yenidən dəbə qayıdacaq yırtıq kapron corab dəbi də bu gün dəbdə olan bir çox şeylər kimi küçə qadınlarının həyat tərzindən götürülüb. Yırtıq kapronlar, şişirdilmiş böyük dodaqlar, alnın ortasına qaldırılmış qalın qaşlar, qaynaq edilmiş saçlar, quş caynağını xatırladan uzun dırnaqlar normal qadınların başqa zaman ikrahla baxdıqları fahişələrin kişilərin diqqətini çəkmək üçün istifadə etdikləri detallardır və bu gün heç kim bu dəbə qoşularaq, özlərini onlara bənzətməkdən çəkinmir. Özünü ən brend mağaza elan eləmiş butiklərə belə daxil olarkən ütülü, səliqəli, 80-ci illərdə əlaltından satılan o eleqant geyimlərə rast gəlmək olmur. Əvəzində marka adı altında ən qəribə geyimlərlə rastlaşmaq mümkündür. Yüksək moda adı altında bu gün dikdabanlı qaloş görsəniz təəccüblənməyin. Bir zamanlar kənd yerlərində su cuvarlarının geydikləri qara rezin çəkmələri indi rəngarəng formada şəhərin dəblə geyinən qızlarının ayağında görəndə heyrətlənməyə bilmirsən. Hələ bu günlərdə 500 dollardan satışa çıxarılmış dabanlı rezin şap-şupları demirəm. Ayrı vaxt bit bazarında bu rezin çəkələklər 3 manata satılır. İndi altına daban bərkidiblər olub bahalı model ayaqqabı. Adi bazar çantalarının üstünə məşhur brendlərdən birinin adını yapışdırmaqla hamımızın bildiyi “aeroport zənbili” dönüb olur son dəbli brend çanta. Hamam xalatını, pijamanı, hətta adi yorğanı belə bahalı kostyum, palto deyə, dəb deyə zorla həyatımıza pərçim edir moda.
Gözəllik anlayışı da dəbin əsirinə çevrilib tez-tez dəyişir. Bir zamanlar (intibah dövründən ta 1990-lara qədər) ətli canlı, ağ bənizli qadınlar gözəl hesab edilirdilərsə, sonralar xəstə deyiləcək qədər arıq, süni şəkildə rəngi qaraldılmış, zərif dodaqlarını eybəcər şişkin dodaqlarla əvəz eləmiş süni gözəllər dəbli göründü. Arıqlamaq üçün insanlar milyonlar tökür, hansı icadlar edilmir. İş o həddə gəlib çatıb ki, Allahın yaratdığı qaydada özünü qoruyub saxlayan, “əl dəyməmiş” natural insanlara kənardan birtəhər baxmağa başlayıblar.
Dəb əslində insan oğlunun tərəqqisinə səbəb olmuş bir axın idi. Dünyanın ən məşhur modabazları olmasaydılar, nə moda sənayesi olacaqdı, nə bu sahədə çalışan, pul qazanan milyonlarla insan, nə də ildən-ildə yenilənən, moda sayəsində dəyişən, gözəlləşən həyat şərtləri. Bu anlamda moda təqdir olunmaldır. Lakin bu da var ki, moda gözəlləşdirməlidir, qüsurları örtməlidir. Dəbdir deyib hər çıxan yeniliyə qapıları açmaq olmaz. Ən böyük dəb özünə yaraşanı geyməkdir. Moda insanı fərqləndirməlidir, hamımızı inkubatordan çıxmışıqmış kimi bənzər etməməlidir, sürü şəklinə salmamalıdır. Elə indi olduğu kimi.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

