“Kirpi” yaşasaydı, 70 ili tamam olacaqdı
15.07.2022 [10:50]
MÜŞFİQƏ
Karikatura gündəlik həyatımızda baş verən neqativ hallara istehzalı münasibət bildirən, eləcə də şişirdərək təhrif edən rəsm növüdür. Bu növə daha çox ədəbiyyat və mətbu orqanlarda rast gəlinir. Sənətçilərin təbirincə desək, rəsmi bütün rəssamlar, karikaturanı isə içində satira ruhu olan rəssamlar çəkə bilər. Bu sənətdə hadisəyə sarkastik-ironik yanaşılır, hadisənin və ya şəxsin xarakterik cizgiləri rəssamlıq texnikasının köməyi ilə gülməli vəziyyətə salınır.
Bu gün dünya karikaturası tamamilə yeni qiyafəyə bürünərək özünü media kimi və ideoloji formada göstərir. Ölkəmizdə isə karikaturanın tarixi və yeni bir janr kimi formalaşması “Molla Nəsrəddin” jurnalının adı ilə bağlı olsa da, inkişafına “Kirpi” jurnalı təkan verib.
Bu gün “Kirpi” satirik jurnalının 70 yaşı tamam olur. Ötən əsrin 30-cu illərində “Molla Nəsrəddin” fəaliyyətini dayandırdıqdan sonra 1952-ci ildə “Kirpi” jurnalı dahi Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının ənənələrinə sadiq qalmağı qarşısına məqsəd qoydu. Satirik jurnalın əsas iş prinsipi cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tapması idi. Mətbuatda Kommunist Partiyasının ideologiyası, siyasəti təbliğ olunduğu bir dövrdə öz kəskin yazıları, felyetonları, karikaturaları ilə tez bir zamanda sevilməyə başladı. Dərgi sovet hakimiyyəti illərində öz cürətli çıxışları ilə cəmiyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks etdirdi. Jurnalın oxunaqlı olması bu sahəyə peşəkar rəssamların axını ilə müşayiət olundu. Burada Əzim Əzimzadə məktəbini davam etdirən Nəcəfqulu İsmayılov, Tahir Salahov, Oqtay Sadıqzadə, Güllü Mustafayeva, Hüseyn Əliyev, Ziya Kərimbəyli, Sadıq Şərifzadə, Ələkbər Zeynalov, Arif Ələsgərov, Adil Quliyev, Kazım Kazımzadə kimi görkəmli rəssam və karikatura ustalarımız yetişdi. Bir sözlə, “Kirpi” jurnalının çap olunması karikatura janrının inkişafında müstəsna rol oynadı və bu sahədə yeni ənənələrin yaranmasına təkan oldu. “Kirpi” jurnalı 70 il ərzində cəmi 3 dəfə məhkəməyə verildi, biri sovet vaxtı, ikisi də müstəqillik dövründə. Ancaq hər 3 məhkəmədə dərginin xeyrinə qərar çıxarıldı.
“Kirpi” necə yoxa çıxdı?
Satirik jurnalın son dayağı isə Polad Qasımov idi. O, 1983-cü ildən “Kirpi” satira-yumor jurnalında çalışırdı. 1995-ci ildən isə jurnalın baş redaktoru idi: “Son vaxtlar “Kirpi”nin kəsərdən düşdüyünü deyirlər... - Mənim fikrimcə, “Kirpi” əvvəlki mövqeyindədir. Lakin burada bir neçə nüansa diqqət yetirmək lazımdır. Belə ki, “Kirpi” bir zaman ölkəmizdə nəşr olunan yeganə satirik mətbuat orqanı idi. Bu jurnalda dərc olunan hər hansı tənqid ildırım sürəti ilə hər yerə yayılırdı. Dərc olunan yazılar böyük rezonans doğururdu. O zamanın partiya bürolarında həmin yazılara reaksiya verilirdi və müvafiq tədbirlər görülürdü. Amma indi... Bir də, baxın görün indi ölkəmizdə neçə “satirik jurnal” var və onlar nədən yazırlar? Onu da deyim ki, onların heç biri mütəmadi çıxmır. Xalqa xidmət edən bir jurnalın baş redaktoru kimi deyirəm ki, vaxtilə 40-a yaxın işçisi olan jurnal hazırda 5-6 nəfərlə fəaliyyət göstərir. Amma həmin o dırnaqarası satirik jurnalların hərəsinin ətrafında onlarla işçi dolanır. Hərəsinin də əlində bir vəsiqə. Onlar hər gün müxtəlif obyektlərə yollanırlar. Yazı yazmaq məqsədi ilə yox... Müəssisə rəhbərlərini şantaj edərək, pul qoparmaq üçün. Bu dilənçilik həqiqətdir. Sovet dönəmində “Kirpi” 120-150 min tirajla çap olunardı. İndi isə 3000 tirajla çap olunur: 1800 abunəçimiz var, 1200 də satışa verilir. Özü də ayda bir dəfə... Amma etiraf edim ki, “Kirpi” çox çətinliklə işıq üzü görür. Bəzən məndən soruşurlar ki, “Kirpi” çıxırmı? Mən də yarızarafat, yarıgerçək deyirəm ki, “Kirpi” çıxır, o çıxınca canımız da çıxır” - deyə müsahibələrinin birində vurğulamışdı. Dərginin sonuncu mogikanı da dünyaya əbədi gözlərini yumdu. 2017-ci ildə Polad müəllim vəfat etdi. “Kirpi”nin taleyi isə sual altında qaldı. Oxucular indi jurnalın çıxıb-çıxmasından xəbərsizdirlər. Bu suala cavab tapmağa çalışdıq. Apardığımız araşdırmaların nəticəsi ürəkağrıdıcı idi. Dərginin artıq çap edilmədiyini öyrəndik. 70 illik bir tarix beləcə məhv oldu. Artıq onun nə izi, nə tozu, nə də sancmağa iynəsi var.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09

