Novruz bayramının ilk təşkilatçısı Şıxəli Qurbanov
16.08.2022 [10:54]
Aysu ABBASOVA
Bəzi şəxsiyyətlər var ki, tarix nə qədər köhnəlsə də nəsillər onları unutmur. Onlar tarixin elə bir yerində iz qoyurlar ki, hər dəfə vərəqlədikcə xalq həmin illəri, səhifələri təzələyir. Bu gün həmin insanlardan biri - dramaturq, alim, dövlət xadimi Şıxəli Qurbanovun doğum günüdür. Söhbət sovet hakimiyyəti illərində Azərbaycanda Novruz bayramını dövlət səviyyəsində keçirməyi bacaran, buna görə də təqib edilən Şıxəli Qurbanovdan gedir.
Şıxəli Qurban oğlu 1925-ci il avqust ayının 16-da Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, 1941-1945-ci il müharibəsinə Leninqraddan (Sankt-Peterburq) Almaniyayadək döyüş yolu keçib. O, gənc yaşlarında Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim kimi tanınıb, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı olub.
Sirr deyil ki, sabiq SSRİ dönəmində sovet imperiyası xalqların əksəriyyətinə milli dəyərləri unutdurmağa, yaddan çıxarmağa cəhd göstərirdi. Mərkəzin təkid və tələbi ilə ölkəmizdə Məhərrəmlik, Orucluq, Ramazan ayları, Novruz bayramının qeyd olunmasına qadağa qoyulmuşdu. İmperiyanın bu ədalətsiz, hegemon qadağasına ilk dəfə barışmaz mövqe tutan, milli adət-ənənəyə sadiq Şıxəli Qurbanov olub. 1967-ci ildə məhz onun təşəbbüsü ilə respublika ərazisində, xüsusilə Bakı şəhərində Novruz bayramı böyük təntənələrlə qeyd olunub.
O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov Şıxəli Qurbanova təhlükəli işlər gördüyü barədə xəbərdarlıq edib. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini deyib. Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addımı atana rast gəlinməyib. Mərkəzi Komitə katibi, şair, dramaturq və elmlər doktoru olan Ş.Qurbanov bu addımı ömrü bahasına atıb.
Həmin hadisədən sonra Ş.Qurbanovu bəzən gizli, bəzən açıq şəkildə təqib edirdilər. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər onu nəzarətə götürür, izləyir, qarabaqara təqib edirdilər. Dördüncü sui-qəsdi namərd diş həkiminin əlləri ilə gerçəkləşdirirlər. Novruz bayramından iki ay sonra may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir.
Mayın 23-də Şıxəli Qurbanov özünün müəllifi olduğu “Sənsiz” dramının məşqi zamanı zalı yarımçıq tərk etməli olur, çünki xaricdən qonaqlar gəlir. Şıxəli Qurbanov zaldan gedərkən bu sözləri səsləndirir: “”Sənsiz”ə mənsiz baxarsınız...”. Sanki ölümün artıq onu haqladığı ürəyinə damır. Mayın 24-də göstərilməli olan tamaşa təxirə salınır. Tamaşaya gələnlərə elan edirlər ki, müəllif rəhmətə gedib. Eşitdikləri üzücü xəbərdən sonra insanlar xəstəxanaya axışır. Şıxəli Qurbanovun dəfni günü bütün Bakı matəmə batır. Şıxəli Qurbanov Bakıdakı Fəxri xiyabanda dəfn olunur. Ölümündən sonra Musiqili Komediya Teatrına, Bakı küçələrindən birinə Şıxəli Qurbanovun adı verilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

