Fırçası ilə möcüzələr yaradan sənətkar!
20.08.2022 [11:14]
Rəssamlığın Mikayıl Abdullayev zirvəsi
Yeganə BAYRAMOVA
Azərbaycan təsviri sənəti tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar. Xalq rəssamı Mikayıl Abdullayevin yaradıcılığı da bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycandır, onun gözəllikləridir. Rəssamın dilindən söylənən “Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” fikirləri də bunu təsdiqləyir.
Mikayıl Hüseyn oğlu Abdullayev 19 dekabr 1921-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, 1939-cu ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini, 1949-cu ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib. İstedadlı rəssam 1955-ci ildə Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adını alıb. 1958-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. M.Abdullayev 1963-cü ildə SSRİ Xalq rəssamı fəxri adına, 1969-cu ildə beynəlxalq C.Nehru mükafatına, 1974-cü ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, o, SSRİ Xalq rəssamı fəxri adına layiq görülmüş ilk Azərbaycan rəssamı olub.
M.Abdullayev müxtəlif illərdə bir çox xarici ölkələrdə - Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrdə yaradıcılıq ezamiyyətlərində olaraq təəssüratlarını maraqlı əsərlərdə ifadə edib. Rəssamın əsərləri dünyanın bir çox şəhərlərində təşkil olunan beynəlxalq sərgilərdə və festivallarda nümayiş olunub, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə Berlin və Leypsiqdə, eləcə də sonrakı illərdə başqa şəhərlərdə fərdi sərgiləri keçirilib. Onun əsərləri dünyanın müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Özünəməxsus yazı üslubu olan sənət ustasının öz yaradıcılığı və dünya sənətkarlığı barədə məqalələri müxtəlif qəzet və jurnallarda dərc edilib.
M.Abdullayev hərtərəfli biliyə malik sənətkar idi. Demək olar ki, təsviri sənətin bütün sahələrində çalışıb: dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. Sadalanan sahələrin hər birində rəssam, özünəməxsus yaradıcılıq dəst-xəttinə uyğun, bitib-tükənməyən zərif sənətkar duyğularının ifadəsi olan əsl sənət inciləri yaradıb.
M.Abdullayevin sənət uğurları hələ Moskvada təhsil aldığı illərdən başlayıb. Belə ki, rəssamın 1943-cü ildə tələbə ikən yaratdığı “Üzeyir Hacıbəyovun portreti”, 1947-ci ildə işləmiş olduğu “Axşam” tablosu sənət dünyamıza yeni istedadın gəlməsindən xəbər verirdi. İyirmi iki yaşlı gənc rəssamın böyük bəstəkar Ü.Hacıbəyovun naturadan, yaddaqalan portretini yaratması artıq rəssamın uğuru demək idi. Kompozisiyada kresloda əyləşmiş vəziyyətdə çöhrəsini bir qədər yana çevirən, nəzərləri uzaqlara yönəltmiş halda dərin fikirlərə dalmış, müasir musiqi sənətimizin banisi Ü.Hacıbəyovun obrazı təsvir olunub. Rəssam işıq-kölgə effektindən bacarıqla istifadə edərək obrazın əlləri ilə çöhrəsi arasında ümumi uyarlıq yaradıb. Bu metod sonda bitkin kompozisiyanın yaradılmasına səbəb olub. Rəssam dahi bəstəkarın yaradıcı daxili psixoloji aləmini tamaşaçıya çatdıra bilib. M.Abdullayev 1956-cı ildə İtaliyada qısamüddətli yaradıcılıq səfərində olur. Bu səfər nəticəsində rəssam Avropa sənətinin ən dəyərli əsərləri ilə əyani şəkildə tanış olur və zəngin materiallar toplayır.
1957-ci ildə rəssamın Hindistana üç aylıq səfəri onun yaradıcılığında yeni üfüqlər açmış oldu. M.Abdullayevin səfər nəticəsində yaratdığı əsərləri Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi hesab etmək olar. “Kəlkətəli tələbə qız”, “Benqal qızları”, “Balaca Çandra”, “Körpəsinə süd verən qadın”, “Caypur qadınları”, “İşdən qayıdanlar”, “Uzaq Caypurda”, “Racastan qadınları” və başqa əsərləri rəssamın “Hindistan silsiləsi”nin ən uğurlu əsərlərindəndir.
M.Abdullayev yaradıcılığı dövlət tərəfindən daim yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin M.Abdullayevi müstəqillik illərində “İstiqlal” ordeni ilə təltif etməsi buna bariz nümunədir. Rəssamın sənət irsi indi də Prezident İlham Əliyevin rəhbəri olduğu dövlətimizin diqqətindədir.
Prezident İlham Əliyev 2021-ci il sentyabrın 10-da Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Avqustun 21-i xalqını tərənnüm edən dahi boyakar, Azərbaycanın adını həmişə uca tutan M.Abdullayevin ölümündən 20 il ötür. Allah rəhmət eləsin!.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

