Musiqi tariximizin bənzərsiz səhifəsi
02.11.2022 [11:17]
Emin Sabitoğlu - 85
Günel ABBAS
Təkrarolunmaz melodiyalar ustası, Azərbaycan filmlərinin əsrarəngiz fon musiqilərinin mahir yaradıcısı bəstəkar Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı-dramaturq Sabit Rəhmanın ailəsində anadan olub. Sabit Rəhman kimi tanınmış ədəbiyyat xadiminin ailəsində böyümək, evində daim məşhur şair və yazıçıları görmək, dinləmək, sözsüz ki, Emin Sabitoğlunun sənətkar kimi formalaşmasına böyük təsir göstərib. İlk musiqi təhsilini onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alan Emin daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Moskva Konservatoriyasına imtahan verərkən onun simfoniyası “əla” qiymətləndirilib. Xüsusi qeyd etmək lazımdır ki, ötən əsrin altmışıncı illərində Moskvada “əla” qiymət almaq hər adamın işi deyildi.
Həmin dövrün başqa bir yaradıcılıq məhsulu skripka və fortepiano üçün poemadır. Sonrakı illərdə Emin Sabitoğlu uvertüra , kantata, romanslar silsiləsi də bəstələyir. Lakin tədricən onun yaradıcılığının başlıca hədəfi müəyyənləşir. O, əsas diqqətini mahnıya yönəldir. Emin ilk nəğmələrini yazarkən artıq professional idi. Qələmini musiqinin ən mürəkkəb, ciddi janrlarında sınamışdı. Emin Sabitoğlunun rəngarəng, geniş həcmli mahnı yaradıcılığı haqda geniş söhbət açmaq olar. Onun musiqisinə iki əsas cəhət xasdır. Birincisi, bəstəkarın mahnılarının kədəridir. Lakin bu kədərdə bədbinlik yoxdur. İkincisi, Eminin musiqisinin sevincidir. Həm də burada sevincin müxtəlif çalarları - şuxluq, şıltaqlıq, xüsusi təravət nəzərə çarpır. Eminin mahnılarının təlqinedici gücü onun qeyri-adi gözəlliyi ilə seçilən melodiyalarındadır. Özü də bu melodiyalar nə qədər sadə, nə qədər yığcamdırsa, bir o qədər təsirli və cazibədardır. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Alagözlüm”, “Çiçək yağışı”, “Şükriyyə”, “Payız gəldi”, “Ağ çiçək”, “Sıravi Əhməd”, “Mən sizə gələcəm” və dillər əzbəri olan neçə-neçə bəstələri, həyatda olmasa da, onun yaradıcılığını əbədiyaşar edir. Onun hər bir mahnısı, hətta ən kiçik melodiyası belə parlaq bir lövhə, bitkin bir tablo idi.
Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, “Çiçək yağışı”, “Uzaq, yaşıl ada”, “İnsaf da yaxşı şeydir”, “Ah dedim”, “Dərələr”, “Ağ çiçək”, “Sahildə”, “Gilavar”, “Mavidir”, “Kəpənək”, “Bakı sabahın xeyir!”, “Bəlkə də”... mahnılarını eşidən kimi yadımıza onun adı düşür. Şövkət Ələkbərova, Mirzə Babayev, Xədicə Abbasova, Hüseynağa Hadıyev, Flora Kərimova, Yalçın Rzazadə kimi görkəmli müğənnilərin dilindən səslənən o nəğmələr insanların qəlbini ovsunlayırdı. Beləcə, yaradıcılığında 500-ə yaxın mahnı yer almışdı. Onun təkcə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun sözlərinə yazdığı mahnıların sayı 100-dən artıqdır.
Harmoniya sənətkarı
Emin Sabitoğlu nadir bəstəkarlardandır ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Qızı Ceyran xanımın atası barədə xatirələrinə nəzər saldıqda görürük ki, o sanki bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi. Vəzifəpərəst, intriqalara meyilli insan olmadığı üçün fikri yalnız musiqi ilə məşğul idi. Əlinin altında nə olsaydı, notları onun üstünə qeyd ed?rdi. Hər dəfə də mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın görün, hansısa başqa mahnıya oxşamır ki? Bu, onun üçün prinsipial məsələ idi - heç kimə bənzəməmək.
2000-ci ildə atası Sabit Rəhmanın yubileyinin qeyd edilməsi ilə əlaqədar vətənə gələn Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib. Emin Sabitoğlunun musiqisində insanları hər zaman həyəcanlandıran və düşündürən mətləblər əks olunub - xeyirxahlıq, doğma ocağa bağlılıq, təbiətə vurğunluq, bəzən bir ümid, göz yaşı və sonsuz sevgi... Onun sonsuz sevgisi həm dövlət, həm də xalq tərəfindən bu gün də qorunur, yaşadılır. Yubileyləri münasibətilə müxtəlif tədbirlər keçirilir. Bütün bunların hər biri Emin Sabitoğlunun bənzərsiz sənətinə rəğbətin, hörmətin nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

