Azərbaycanda ilk dəfə “Mədəni irs” mövzusunda forum keçirilir - YEMİLƏNİB
18.12.2023 [10:20]
Dekabrın 18- Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” mövzusunda Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil olunub.
Forumda mədəniyyət nazirinin müavini Səadət Yusifova açılış nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycanda mədəni irsinin qorunması Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi sahələrdən biri olub: “Ulu Öndər deyirdi ki, istənilən xalqı dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir. Mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib”.
S.Yusifova Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alındığını bildirib: “İşğal dövründə mədəniyyət abidələri məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən tamamilə silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb. Hazırda Azərbaycanda dövlət mühafizəsinə götürülmüş 6 min 308 abidə mövcuddur”.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Azərbaycan xalqının tarixi irsi dəryalar qədər hədsiz, sərhədsizdir. "Tarixi irsimiz təkcə bu torpaqlarda yox, dünyanın bir çox ölkələrində mövcuddur. Bu, azərbaycanlılar üçün çox qürurverici bir haldır", - deyə o, diqqətə çatdırıb.
Tarixi irsimizin öyrənilməsinin qarşımıza böyük məqsədlər qoyduğunu qeyd edən İttifaqın sədri, bunların reallaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olduğunu söyləyib: “Bu gün bu işi Prezident İlham Əliyev davam etdirir. Mədəni irsimizin qorunmasında Mehriban xanım Əliyevanın və onun başçılıq etdiyi Heydər Əliyev Fondun da böyük rolu var".
E.Qasımzadə qeyd edib ki, Forumun nəticələri Azərbaycan xalqının irsinin öyrənilməsi və dünyada tanıdılması məqsədi daşımalıdır. Onun sözlərinə görə, tədqiqatlarda bilikli, bacarıqlı və böyük təcrübəsi olan insanlar həqiqi sözlərini deməlidirlər.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov “Mədəni İrs” Forumunda iştirakın hər kəs üçün vacib məsələ olduğunu bildirib: “Tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilməsi xüsusi məna daşıyır. Ulu Öndərin sənətə, yaradıcılığa olan marağı, rəssamlara göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Hazırda isə Prezident İlham Əliyev Azərbaycanı bütün platformalarda yüksək zirvələrə qaldırıb. Bizim də üzərimizə düşən vəzifə öz sənətimizi daha da inkişaf etdirməkdir”.
Daha sonra Azərbaycanın tarixi mədəni irsini nümayiş etdirən videoçarx nümayiş olunub.
Dekabrın 20-dək davam edəcək Forumda tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılacaq. Forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar təşkil ediləcək.
Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq.
Panellərdə müvafiq sahələrin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
xxx
Dekabrın 18- Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil olunub.
Dekabrın 20-dək davam edəcək Forumda tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılacaq. Forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar təşkil ediləcək.
Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq.
Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

